25 milyon 250 minə çatdı

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlər 2018-ci ilin mart ayında da əhalinin maraq dairəsində olaraq, geniş istifadəçi kontingenti ilə seçiliblər. Belə ki, son bir ayda həmin e-xidmətlərə  649,5 min dəfə  müraciət qeydə alınıb.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron Hökumət" portalı üzərindən təqdim etdiyi elektron xidmətlər 2018-ci ilin mart ayında da əhalinin maraq dairəsində olaraq, geniş istifadəçi kontingenti ilə seçiliblər. Belə ki, son bir ayda həmin e-xidmətlərə  649,5 min dəfə  müraciət qeydə alınıb.

Ümumilikdə isə indiyədək  Nazirliyin e-xidmətlərinə müraciətlərin sayı 25 milyon 250 minə çatıb ki, bu da ötən dövrdə "Elektron Hökumət" portalından ümumi istifadənin 38,5 faizini təşkil edir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a qədər e-xidməti fəaliyyət göstərir. Cari ilin mart ayında da onlardan  "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" (225 931 müraciət), "Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" (61 811 müraciət), "İş yerinə dair arayış" (49 596 müraciət), "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" (27 185 müraciət), "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi" (25 964 müraciət) və digər e-xidmətlər vətəndaşların ən çox faydalandığı e-xidmətlərdən olublar. Eləcə də  "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi", "Sığortaolunanlara məlumatların verilməsi", "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi", "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi", "Sığortaolunanın onlayn uçota alınması", "Pensiya kalkulyatoru" və s. kimi e-xidmətlərə müraciətlərin sayı daim artmaqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31