Daşkənddə Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” özbək dilində nəşr olunmuş kitabının təqdimatı keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan təqdimat mərasimində xarici ölkələrin səfirləri, diplomatlar, Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, jurnalistlər, müəllim və tələbələr, yerli azərbaycanlılar iştirak ediblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan təqdimat mərasimində xarici ölkələrin səfirləri, diplomatlar, Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, jurnalistlər, müəllim və tələbələr, yerli azərbaycanlılar iştirak ediblər.

Qeyd edək ki, kitab Azərbaycanın Özbəkistandakı Səfirliyinin və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunub.

İlk öncə yazıçı-publisist Elmira Axundovanın müəllifi olduğu kitabların, habelə özbək dilində nəşr olunmuş "İlhom Aliyev "Ozgarishlar jarayonidagi Prezident tasviri" kitabının sərgisi təqdim olunub.

Nəşrin tərcüməçiləri Özbək alimləri Usman Kuçkar və Şokir Dolimovdır və kitab Daşkənddəki "Mashur press" nəşriyyatında işıq üzü görüb.

Təqdimat mərasimini giriş sözi ilə açan Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev yazıçı-publisist, Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundovanın yaradıcılığı haqqında məlumat verib.

Daha sonra çıxış edən yazıçı-publisist, Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova müəllifi olduğu kitab haqqında danışaraq Prezident İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində Azərbaycanda böyük inqilabi dəyişikliklərin olduğunu, ölkənin iqtisadi mənzərəsinin tamamilə dəyişdiyini və Azərbaycanın heç vaxt indiki səviyyədə olduğu kimi qüdrətli olmadığını bildirdi.

Çıxış edən Özbək tarixçi-araşdırmaçı Şuxrat Salamov kitabın olduqca maraqlı olduğunu və nəşrdə Azərbaycan-Özbəkistan münasibətlərinə dair İlham Əliyevin maraqlı fikirlərinin yer aldığını qeyd etdi. Prezident İlham Əliyevin Azərbaycan tarixində indiyədək görünməyən mühüm uğurlara imza atdığını vurğulayan Şuxrat Salamov  tarix boyu güclü dövlət başçılarının fəaliyyətinə, onların irsinə tez-tez müraciət olunduğunu söylədi. O, Elmira Axundovanın fikirlərinə dəstək olaraq xarici ölkələrdə anti-Azərbaycan təbliğatı aparanlara səslənərək bunun Vətənə, millətə, dövlətə xəyanət olduğunu bildirdi.

Daha sonra müəllif "İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda" özbək dilində nəşr olunmuş yeni kitabları imzalayaraq oxuculara hədiyyə etdi.

        

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31