Azərbaycan daha bir demokratik seçki örnəyi göstərəcək

Artıq prezident seçkilərinə sayılı günlər qalıb. Aprelin 11-də ölkə vətəndaşları seçici məntəqələrinə gedərək öz layiqli namizədinə səs verəcək, ölkənin sükanını ona həvalə edəcəklər. Bir qayda olaraq seçkilər ərəfəsində istər daxili, istərsə də beynəlxalq təşkilatlar seçki öncəsi ölkədəki mövcud durumu təhlil edir, prezidentliyə namizədlərə yaradılan şəraitlə tanış olurlar. Artıq bir müddətdir ki, Azərbaycanda da belə bir dəyərləndirmə aparılır və seçkiöncəsi vəziyyət dəyərləndirilir. Bir neçə gündür ki, Azərbaycanda səfədə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da bu məqsədlə ölkəmizdə səfərdədir və başda Prezident İlham Əliyev olmaqla bütün namizədlərlə görüşlər keçirərək seçkiqabağı mühiti dəyərləndirib.

Ölkədə seçkiqabağı yaradılan əlverişli şərait belə deməyə əsas verir

Artıq prezident seçkilərinə sayılı günlər qalıb. Aprelin 11-də ölkə vətəndaşları seçici məntəqələrinə gedərək öz layiqli namizədinə səs verəcək, ölkənin sükanını ona həvalə edəcəklər. Bir qayda olaraq seçkilər ərəfəsində istər daxili, istərsə də beynəlxalq təşkilatlar seçki öncəsi ölkədəki mövcud durumu təhlil edir, prezidentliyə namizədlərə yaradılan şəraitlə tanış olurlar. Artıq bir müddətdir ki, Azərbaycanda da belə bir dəyərləndirmə aparılır və seçkiöncəsi vəziyyət dəyərləndirilir. Bir neçə gündür ki, Azərbaycanda səfədə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da bu məqsədlə ölkəmizdə səfərdədir və başda Prezident İlham Əliyev olmaqla bütün namizədlərlə görüşlər keçirərək seçkiqabağı mühiti dəyərləndirib.

Ümumilikdə hazırda ölkədəki seçkiqabağı mühitə nəzər yetirsək mövcud durumun kifayət qədər sabit, azad və demokratik seçki keçirmək üçün yetərli olduğunu deyə bilərik. Qətiyyətlə demək olar ki, aprelin 11-də baş tutacaq prezident seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün ölkədə hər bir şərait yaradılıb. Namizədlərə öz namizədliklərini irəli sürməkdən tutmuş imzatoplama kampaniyası aparana qədər, eləcə də namizədin namizədliyinin qeydə alınmasına qədər bütün prosedurlar demokratik prinsiplər əsasında həyata keçirilib. Qeyd edilən müddət ərzində prezidentliyə iddialı olan heç bir şəxsə qarşı hansısa qeyri-qanuni hərəkətə yol verilməyib, onların bu və ya digər fəaliyyətinə maneçilik yaradılmayıb. Hazırda isə seçkilərin təbliğat-təşviqat mərhələsidir. Bu mərhələdə də dövlət və onun müvafiq qurumları prezidentliyə namizədlərə öz təbliğatlarını həyata keçirmək üçün maksimum imkanlar yaradıb. Namizədlər üçün pulsuz efir vaxtə ayrılıb. Eyni zamanda dövlət qəzetlərində onların təbliğat aparması məqsədilə tədbirlər görülüb. Paralel olaraq paytaxt və yerlərdə prezidentliyə namizədlərin açıq və qapalı məkanlarda seçicilərinin görüşlərinin keçirilməsi üçün müvafiq yerlər ayrılıb.

Bütün bunlar ölkədə həm də yüksək səviyyədə seçki əhval-ruhiyyəsinin oduğundan xəbər verir. Çünki seçkilərin təbliğat=təşviqat mərhələsində prezidentliyə namizədlərin keçirdikləri görüşlərə olan çoxsaylı maraq, cəmiyyətin müxtəlif təbəqələrinin fəallığı belə deməyə əsas verir. Bir sözlə seçkilərə ictimai maraq yüksək səviyyədədir. Hər bir namizəd üçün azad rəqabət şəraiti təmin olunub. Bu günə qədər müşahidə  etdiklərimiz əsasında deyə bilərik ki, seçki prosesləri tam qanunvericiliyə uyğun həyata keçirilir. Ümumiyyətlə, Azərbaycan seçkilərin demokratik təşkili sahəsində zəngin təcrübəyə, çox mütərəqqi və beynəlxalq standartlara cavab verən təkmil qanunvericilik bazasına malikdir.

Seçkilərlə bağlı başqa bir diqqət çəkən məqam ondan ibarətdir ki, prosesə ciddi beynəlxalq maraq müşahidə olunur. Bu da bir neçə amillə əlaqədardır. Əvvəla, bu seçkilər regionda kifayət qədər strateji mövqeyə sahib olan, həmçinin beynəlxalq münasibətlər sisteminin güclü aktoru kimi çıxış edən Azərbaycanın gələcək dövrdəki inkişafının əsas istiqamətlərini müəyyənləşdirəcək. Eyni zamanda, bu seçkilərin nəticələri regionun inkişafı baxımından da əhəmiyyətlidir.

Prezidentliyə namizədlərdən kimin seçkilərin favoriti olacağına və 11 aprel səsverməsinin qalibinə çevriləcəyinə gəincə isə, birmənalı şəkildə qeyd etmək olar ki, bu namizəd Cənab İlham Əliyevdir. Elə seçkiöncəsi ölkədə keçirilən sosioloji sorğuların nəticələri də belə deməyə əsas verir. Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Aydın Hüseynov da bu qənaətdədir ki, 11 aprel seçkilərinin qalibi təmsil etdiyi partiyanın namizədi, hazırkı dövlət başçısı İlham Əliyev olacaq. Onun sözlərinə görə, bu təkcə 700 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyasının deyil, ümumilikdə Azərbaycan xalqının mövqeyi, istək və arzusudur: "Yeni Azərbaycan Partiyasının prezident seçkilərində cənab İlham Əliyevin namizdəliyini irəli sürməsi xalqmızın istək və arzularından irəli gəlir. Biz həm təbliğat və təşviqat kampaniyası dövründə insanlarla görüşür, onların rəylərini, fikirlərini öyrənirik, ondan əvvəl də ictimaiyyətlə görüşlərimizdə müşahidə etdiklərimiz, cəmiyyətin əhval ruhiyyəsi açıq şəkildə göstərir ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının bu qərarı Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin mövqeyini və iradəsini ifadə edir. Vətəndaşlarımızın cənab İlham Əliyevlə bağlı söylədikləri xoş sözlər bir daha partiyamızın qərarının nə qədər yerində və obyektiv olduğunu sübuta yetirir. Bu gün hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın əzəmətli inkişafı birbaşa Prezident, YAP Sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Çünki möhtərəm Prezidentimiz İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq edib". Millət vəkili deyib ki, Prezidentİlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb: "Dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Cənab İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədlər real həyatda öz əksini tapıb. Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşlarının sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. 2003-cü ildən sonra inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanın ötən 15 illik şanlı və zəngin tarixi bizim üçün qürur mənbəyidir. Ona görə də insanlar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini məhz bu reallıqları dərk edərək, eyni zamanda Onun rəhbərliyi altında Azərbaycanın qazandığı tarixi nailiyyətlər fonunda dəyərləndirirlər". Natiq qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir: "Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Son illərdə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, Prezident İlham Əliyevin "XXI əsrin layihəsi" adlandırdığı "Cənub qaz dəhlizi" layihəsi isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir". Aydın Hüseynov onu da deyib ki,inkişaf davamlı bir prosesdir və zaman dəyişdikcə, qarşıya yeni vəzifələr, yeni hədəflər çıxır: "Azərbaycanın da gələcək dövrlər üçün yeni və daha möhtəşəm hədəfləri, çox böyük planları var. Bu hədəflər Azərbaycanı inkişafın yeni mərhələsinə çatdırmaq, dövlətimizi daha güclü etmək, insanların rifahını daha da yüksəltməkdən, Azərbaycanın  dünyanın inkişaf  etmiş ölkələri sırasında yer almasının təmin etməkdən ibarətdir. Bu əzəmətli zirvələri isə yalnız qüdrətli, xalqının etimadını doğrultmuş, xalqımızın maraqlarını və mənafeyini cəsarətlə qoruyan bir liderlə fəth etmək olar. O lider isə şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevdir. Ona görə də mən bir daha bütün seçiciləri konstitusion hüquqlarından istifadə edərək Azərbaycan dövlətinin gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən bu seçkilər prosesində fəal iştirak etməyə, aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıram. Biz inanırıq ki, Azərbaycan xalqı növbəti dəfə İlham Əliyevi dəstəkləyərək ölkəmizin daha da güclənməsinə səs verəcək. Bununla həm də xalqımızın, dövlətimizin daha parlaq gələcəyinə səs vermiş olacağıq. Cənab İlham Əliyevə səs vermək  möhtəşəm nailiyyətlərin davamlı olmasına səs vermək, iqtisadiyyatımızın daha da inkişafına səs vermək deməkdir, vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə, işğal altında olan torpaqlarımızın yaxın gələcəkdə azadlığına səs vermək deməkdir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31