Avropadakı soydaşlarımızın mütləq əksəriyyəti Azərbaycandakı sabitliyi dəstəkləyir

Əsas fəaliyyət istiqamətini seçki öncəsi dövlətə və dövlətçiliyə zərbə vurmağa yönəltmiş Avropadakı söyüş qrupu qoca qitədə Azərbaycan adına keçirilən hər bir tədbirə, toplantıya qara yaxmağa, onun imicinə zərbə vurmağa çalışırlar.

Adil Əliyev: "Söyüş söyənlərin dərdi Azərbaycanda sabitliyi və milli birliyi pozmaqdırsa, bizim dərdimiz erməni separatizmi və erməni lobbisi ilə mübarizədə birliyimizi təmin etməkdir"

"Bu qrupun məqsədi tək söyüş söymək deyil, başqalarını yalanlarına inandırmaqdır"

Əsas fəaliyyət istiqamətini seçki öncəsi dövlətə və dövlətçiliyə zərbə vurmağa yönəltmiş Avropadakı söyüş qrupu qoca qitədə Azərbaycan adına keçirilən hər bir tədbirə, toplantıya qara yaxmağa, onun imicinə zərbə vurmağa çalışırlar. Bu məqsədlə ənənəvi metodlarından istifadə edən həmin qrup bu günlərdə Almaniyanın Köln şəhərində keçirilən tədbir zamanı da eyni metod və vasitələrdən istifadə edərək ürəyi Vətən eşqi ilə döyünən soydaşlarımızın birlik və bərabərlik göstərisinə mane olmağa çağırdılar. Məlumat üçün qeyd edək ki, bu günlərdə millət vəkili Adil Əliyevin iştirakı və təşkilatçılığı, eləcə də Avropadakı diaspor təşkilatları və cəmiyyətlərinin dəstəyi ilə Almaniyanın Köln şəhərində soydaşlarımızın möhtəşəm görüşü keçirilib. Həm 31 mart azərbaycanlıların soyqırım günü, həm də qarşıdan gələn prezident seçkilərinə həsr olunmuş həmin görüşə mane olmaq üçün Avropadakı söyüşcül qrupun bir neçə üzvü toplantı zalına yerləşdirilib və tədbirə mane olmağa çalışılıb. Millət vəkili Adil Əliyev qedy edib ki, bütün təxribat və tədbirin formatını dəyişməyə cəhdlərə baxmayaraq Almaniyanın Köln şəhərində möhtəşəm tədbirbaş tutub: "Tədbirimizdə yüzlərlə soydaşımız iştirak etdi. Hamısına təşəkkür edirəm, Avropanın müxtəlif ölkələrindən zəhmət çəkib gəlmişdilər. Ən qürurverici o idi ki, bəzi soydaşlarımız tədbirə ailələri və kiçik uşaqları ilə təşrif buyurmuşdular. Elə Kölndəki tədbiri keçirməkdə əsas məqsədlərimdən biri də bu idi ki, soydaşlarımı bir araya gətirim, bir-birlərini görsünlər, əlaqəni itirməsinlər. Tədbirimizdə Avropada yaşayan Türkiyə vətənsdaşları, müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri, elm adamları, hətta xarici ölkə vətəndaşları da iştirak edirdi. Bir daha tərbirə gəldiklərinə görə hamıya minnətdarlığımı bildirirəm.
Çıxışımda Azərbaycanın keçdiyi tarixi yola nəzər saldım, 100 illiyini bu gün qeyd etdiyimiz mart və Xocalı soyqıırmından, ermənilərin bizə xəyanətindən, başda Məmmədəmin Rəsulzadə olmaqla Cumhuriyyətin qurucularından və onların keçdiyi ağır yoldan danışdım. Aydındır ki, dövlətimizin və prezident İlham Əliyevin qazandığı bugünkü uğurlardan, siyasi sabitlikdən, aparılan islahatlardan, böyük layihələrdən və bunların Azərbaycana verdiyi və verəcəyi faydadan da danışdım. Bu arada, onu da qeyd edim ki, söyüş söyən məlum təxribatçı qrup Kölndə də peyda oldu. Hətta içərlərindən biri zala keçib nitq söyləmək və toplantımızı pozmaq istəyirdi. Hər bir insanın fərqli fikrə mənsub ola biləcəyini ona deyərək kürsüdən nəzakətlə yola saldım. İndi söyüş söyən qrup yalandan yazır ki, guya həmin gəncimizə qarşı fiziki təzyiq olub, yalandır, onun sadəcə nə məqsədlə söz aldığı müəyyənləşdirdikdən sonra zaldan uzaqlaşdırdıq. Bu belə də olmalıdır, Avropada da belədir. Bu bizim - dövləti, milləti və prezidenti dəstəkləyənlərin tədbiridir. Elə gücünüz varsa siz də öz tədbirinizi keçirin, ancaq sizin buna nə potensialınız var, nə də mənəvi əxlaqınız, söyüş söyməkdən başqa heç nə bacarmırsınız. Elə sizi də söyüş söyməyinizə görə tanıyıblar, bu "populyarlığınızı" söyüşlərinizi gücləndirməkdə, daha çox bağırmaqla davam edirsiniz". Millət vəkili deyib ki, məlum qrupun Kölndə təxribata əla ata biləcəyini proqnozlaşdırıb: "Ancaq biz təxribata uymadıq. Deməli, toplantını keçirdiyimiz məkanın qarşısına təxminən 15 nəfərlik söyüş qrupu yığışaraq hamını təhqir etməyə başladı. Tədbirimizi pozmaq istəyənlər bunlar, ancaq elə ilk cümlələri bu oldu: "Bizə qarşı təxribat hazırlayıblar". Başqa sözlə qara məni basınca mən qaranı basım. Onlar çölə çıxan və onların söyüşlərinə etiraz edən toplantı iştirakçılarını təxribata çəkmək istəyirdilər, alınmadı. Onsuz da söyüşlə özünüzü tanıtmısınız, söyüşlərinizin qarşılğında sizə əl qaldırıb bir az daha sizə tanıtdırmaq istəmirik. Halbuki, sizin planınız bu idi ki, toplantı salonu qarşısında təfriqə yaradıb küçədə döyülmək və barbar bağırmaq idi. Sizə bu bəhanəni vermədik. Həmin söyüş qrupunun məlum iki üzvündən biri hər cümləsində bağırırdı ki, toplantı salonunun icarəsinə 80 min avro (?!) xərcləmişik. Ay bədbəxtlər, 80 min avroya Kölnün bütün otelllərindəki salonları eyni zamanda icarəyə götürmək olardı, hələ "həmin" puldan artıq da qalardı. Elə burdan elan edirəm: həmin toplantı salonunun 3 saatlıq icarəsinə cəmi 1400 avro pul xərclənib, yaxından və uzaqdan gələn qonaqlara süfrə açmağa da vəsaitimiz yox idi deyə ancaq çay və kofe ilə kifayətləndik. Beləliklə, tədbirimiz uğurla başa çatdı". Adil Əliyev bildirib ki, həmin tədbirlə iki vacib nəticəyə hasil olunub: "Birinci nəticə. Avropada yaşayan soydaşlarımızın əksəriyyəti dövlətin, millətin yanındadır, prezidentin siyasətini dəstəkləyir. Yəni bəzən yalan informasiyalar yayılr ki, guya Avropaya gedənlərin əksəriyyəti siyasi mühacirdir, qatı müxalifətçidirlər. Mühacirətin müxtəlif səbəbləri var. Avropadakı soydaşlarımızın mütləq əksəriyyəti Azərbaycandakı sabitliyi dəstəkləyir. Bunu Kölndəki toplantımız da göstərdi. Bu fərqi küçədə bağıran söyüş qrupu da gördü və hətta qışqırırdılar ki, Avropada yaşadığnız halda niyə prezidentə qarşı çıxmırsız. Onlar bunu anlamazlar. Bayırda söyüş söyənlər uzaqbaşı 15 nəfər idi, toplantı salonumuzda isə 300-yə yaxın soydaşımız iştirak edirdi. İkinci nəticə. Soydaşlarımızı bir neçə saatlığına da olsa bir araya gətirdik, tanımayanları tanışdırdıq, tanıyanlar isə fürsət tapıb bir neçə saatlıq da olsa bir-birlərini görüb hal-əhval tutdular. Xaricdə yaşayan soydaşlarımızı bir araya gətirməkdə məqsədlərimizdən biri də düşmənə xaricdə də müqavimətimizi artırmaqdır. Söyüş söyənlərin dərdi Azərbaycanda sabitliyi və milli birliyi pozmaqdırsa, bizim dərdimiz erməni separatizmi və erməni lobbisi ilə mübarizədə birliyimizi təmin etməkdir. Aramızdakı fərqlərdən biri də budur". Millət vəkili onu da deyib ki, söyüş söyən tör-töküntülərə cavab verməyə də bilərdi. Ancaq bu qrupun məqsədi tək söyüş söymək deyil, başqalarını yalanlarına inandırmaqdır: "Məni tanıyanlar necə insan olduğumu bilir, fərqli fikrə hörmətlə yanaşıram. Hamı eyni cür düşünə bilməz, bu normaldır. Ancaq məni və ailəmi, o cümlədən dostlarımı söyənlərə də demək isrtəyirəm ki, mənə "ünvanladığınız" sözlərin 5 qatını sizə arzu edirəm! Bir də sizin söyüşləriniz məni yolumdan döndərməyəcək"

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31