“Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsi keçiriləcək
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsi elan edir. Qurumdan “OLAYLAR”-a bildirilib ki,müsabiqədə yaşı 18-ə qədər olan şəxslər iştirak edə bilər. Əsərlər 2018-ci il may ayının 31-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının inzibati binasına təqdim olunmalıdır. Hər bir iştirakçı müsabiqəyə 1 əsər təqdim edə bilər. Müsabiqədə qalib olan birinci yerin sahibinə 600 AZN, iki ikinci yerin qalibinə 400 AZN, 3 üçüncü yerin qalibinə isə 300 AZN pul mükafatı veriləcək.
2 Aprel 2018 13:49 SosialSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə "Müstəqil Azərbaycanın memarı" adlı rəsm müsabiqəsi elan edir. Qurumdan "OLAYLAR"-a bildirilib ki,müsabiqədə yaşı 18-ə qədər olan şəxslər iştirak edə bilər. Əsərlər 2018-ci il may ayının 31-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının inzibati binasına təqdim olunmalıdır. Hər bir iştirakçı müsabiqəyə 1 əsər təqdim edə bilər. Müsabiqədə qalib olan birinci yerin sahibinə 600 AZN, iki ikinci yerin qalibinə 400 AZN, 3 üçüncü yerin qalibinə isə 300 AZN pul mükafatı veriləcək.
Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.