Elxan Ağabəyli - 60
1958-ci ildə Şəkidə anadan olan, 1976-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olan, 1981-ci ildə oranı qutaran Elxan Oruc oglu Ağabəyli ilk əmək fəaliyyətinə yerli “Şəki fəhləsi” qəzetində müxbir kimi başlamışdır. E.O.Ağabəyli 1990-ci ildə Şəki Mətbuat yayımı müəssisəsinə rəis vəzifəsinə irəli çəkilmişdir. 1995-2000 illərdə yerli Sovetin deputatı, eyni zamanda rayon İcra Başçısının 15 saylı ərazi məhəllə komitəsinin sədri (ictimai əsaslarda) olmuşdur.
2 Aprel 2018 13:21 Sosial1958-ci ildə Şəkidə anadan olan, 1976-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olan, 1981-ci ildə oranı qutaran Elxan Oruc oglu Ağabəyli ilk əmək fəaliyyətinə yerli "Şəki fəhləsi" qəzetində müxbir kimi başlamışdır. E.O.Ağabəyli 1990-ci ildə Şəki Mətbuat yayımı müəssisəsinə rəis vəzifəsinə irəli çəkilmişdir. 1995-2000 illərdə yerli Sovetin deputatı, eyni zamanda rayon İcra Başçısının 15 saylı ərazi məhəllə komitəsinin sədri (ictimai əsaslarda) olmuşdur.
E.O.Ağabəylinin həyatının ən parlaq, ən şərəfli dövrü Bakı ilə bağlıdır. 2000-ci ildə Poçt Daşıma Mərkəzində yaradılan poçt rabitəsində mətbuat yayımı şöbəsinə rəis təyin edilir. Həmin vaxtdan da müxtəlif mətbu nəşrlərlə bağlanan müqavilələr sayəsində ölkənin bütün poçt-rabitə müəssisələrində ilk dəfə olaraq müstəqil abunə və satış işi təşkil olunmuşdur. Bunun da sayəsində ölkənin poçt rabitəsinə xeyli vəsait daxil olmuşdur.
Onun təşəbbüsü ilə Naxçıvana birinci reyslə mətbuat göndərilməsi mümkün olmuşdur. E.O.Ağabəyli işlədiyi müddət ərzində özünü mətbuatyayımı sistemində bacarıqlı mütəxəssis kimi göstərmiş, dəfələrlə mükafatlara layiq görülmüşdür. O, rəhbərlik etdiyi mətbuatyayımı şöbəsinin kollektivinin işini səmərəli surətdə qurur, daim işin keyfiyyətinin yüksək olması üçün əlindən gələni əsirgəmir.Ona tapşırılan hər bir işi vaxtında, vicdanla yerinə yetirir. E.O.Ağabəyli ünsiyyətdə nəzakətli, təvazökar bir insan kimi kollektivin böyük hörmətini qazanmışdır.
Məhz bu keyfiyyətlərinə görə ona 50 illik yubileyində Fəxri fərman və pul mükafatı verilmişdir. Rabitəçi-jurnalıst, Azərbaycan Jurnalıstlər Birliyinin üzvü, peşəkar mətbuat yayımı işçisi, mətbuat yayımı şöbəsinin rəisi Elxan Oruc oğlu Ağabəylinin 2018-ci il aprel ayının 4-də 60 yaşı tamam olur. Bu münasibətlə də ona fəxri fərman və pul mükafatı təqdim edilmişdir. Biz də onu təbrik edir, can sağlığı, uzun ömr işlərində uğurlar və yeni-yeni nailiyyətlər arzu edirik.
Azərpoçt MMC Poçtdaşıma Mərkəzinin kollektivi adından
rəis F.M.Vəliyev
"Olaylar" da bu təbriklərə qoşulur və Elxan müəllimə can sağlığı, uğurlar arzulayır.