Gündəm
Hovuzdan timsah çıxdı
Amerikanın Florida ştatında evin üzgüçülük hovuzunda Alligatoridae nəslinin nümayəndəsi olan Aliqator cinsində timsah tapılıb. Timsahı görən ev sabibləri dərhal polisə xəbər verib. Polislə bərabər hadiə yerinə gələn bir ovçu xüsusi ip vasitəsilə timsahı hovuzdan çıxarmağı bacarıb.
Vəkilliyə namizədlərin icbari təlimi başlamışdır
Ölkə Prezidenti cənab İlham Əliyevin ölkədə vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.
Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik respublika
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Təsadüfi deyil ki, həmin tarix ölkəmizdə Respublika günü kimi təntənə ilə qeyd edilir. Xatırladaq ki, Azərbaycan Xaıq Cumhuriyyətinin yaradılması elə də asan başa gəlməyib, mürəkkəb siyasi şəraiydə xalqın mütəfəkkirləri və tanınmış ziyalıları Şərq aləminin ilk demokratik cumhuriyyətinin yaradılmasına nail oldular.
Bir millət, iki dövlət
Qardaş ölkədə ortaq dəyərlərimizə həsr olunan maraqlı tədbir keçirildi Türkiyənin dilbər guşələrindən olan Alanyada A. Keykubat Universiteti ilə Bakı Slavyan Universitetinin birgə “Türkiyə və Azərbaycanın ortaq dəyərləri” mövzusunda elmi konfrans keçirilib.
Builki abituriyentlərə ŞAD XƏBƏR - PULSUZ OLACAQ
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən iki imtahandan birində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.
Ali məktəblərə qəbul üçün MÜSABİQƏ ŞƏRTLƏRİ açıqlandı
2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul üçün müsabiqə şərtləri açıqlanıb. “Abituriyent” jurnalının 2-ci nömrəsində bildirilib ki, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.
İsrail xəbərdarlıqlara məhəl qoymadı: Davam edəcəyik!
İsrail sərhəd xətti boyunca snayperlər yerləşdirməyə davam edəcək. Bu barədə İsrailin “Haaretz” qəzeti hərbi mənbələrə istinadən informasiya yayıb. “Cümə günü olduğu kimi Qəzzadakı nümayişçilərə müdaxilələrimizə davam edəcəyik”, - məlumatda deyilib.
Hicablı qadın İngiltərə gözəli ola bilər
İngiltərənin Birminqem şəhərindən olan 20 yaşlı Mariyahicablıdır və ölkədəki gözəllik yarışında iştirak etməyə hazırlaşır. Əgər o, "Miss England" yarışında qalib olsa, ölkədə bu yerə sahib çıxan ilk başıbağlı müsəlman qadın olacaq və ölkəsini "Miss World"də təmsil etməyə haqq qazanacaq.
"FETÖ Qafqazda vətəndaş müharibəsi yarada bilər"
Kosovada artıq Türkiyədən başqa heç nə gündəmdə deyil. Türkiyə hökuməti siyasi müxalifləri qaçırmaqda günahlandırılır. Bunu “Sözcü” qəzetinə müsahibəsində Türkiyə Vəkillər Assosiasiyasının rəhbəri Mətin Feyzioğlu deyib.
Özbəkistanda 31 mart azərbaycanlıların soyqırım gününə həsr olunmuş kitab sərgisi təşkil olunub
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımlara yox deyək” adlı kitab sərgisi təşkil olunub.
Rusiya qərar verdi: Ermənistanda böyük hərbi təlimlər başladı
Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının bölmələrinin hərbçiləri Alagöz yüksək dağlıq poliqonunda keçirilən təlimlərdə iştirak edirlər. İkitərəfli taktiki təlimlərə mindən çox hərbçi, təqribən, 300 ədəd hərbi texnika, o cümlədən qırıcı təyyarələr, ordu və pilotsuz aviasiya cəlb olunub.
İran-Azərbaycam əməkdaşlığı yeni mərhələdə
İran-Azərbaycan münasibətlərinin kökü çox qədim dövrlərə gedib çıxır. Qonşu dövlət olaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdəki əlaqələr daha çox xalqlar arasındakı yaxınlığa adekvat nizamlanır. Müasir mənada Azərbaycan-İran münasibətlərindən daha çox 1991-ci ildən sonrakı mərhələ üçün bəhs etmək mümkündür. Xatırladaq ki, Azərbaycan və İran dövlətləri arasındakı əlaqələrin formalaşması ilə bağlı bəzi məqamlar 1991-ci ildən sonrakı dövrün təhlilinə daha rahat imkan verir.
Qarpızın qanqala çevrilməsi
Dostumgilə getmişdim. Düz tapdınız. Həmin baməzə, yəni zarafatcıl dostumgilə. Təxminən aprelin əvvəlləriydi. Evə qalxmamışdan qabaq məni bağçaya dəvət elədi, uşaqlara da tapşırdı ki, elə çardağın altındaca stol açsınlar. Çünki hava günəşliydi. Uzun sürən yağışlardan sonra qızğın istinin düşəcəyini təxmin etmək olardı.
Nazirlik Açıqladı – 61 nəfər məhv edildi
Türkiyə Daxili İşlər Nazirliyi ötən həftə ərzində məhv edilən terrorçuların sayını açıqlayıb. Olaylar.az bildirir ki, Türk Silahlı Qüvvələri ötən həftə 61 terrorçunu zərərsizləşdirib.
Bir ayda 1241 nəfər həlak oldu
Suriya İnsan Hüquqları ötən ay Suriyada həlak olan sivillərin sayını açıqlayıb. Olaylar.az bildirir ki, məlumata əsasən 2018 – ci ilin mart ayında Suriyada 1241 nəfər amansızcasına qətlə yetirilib. Açlıqlamada həlak olanların 80 faizinin həlak olmasına səbəb kimi Bəşər Əsəd - Rusiya qüvvələri göstərilir və 1000 –dən çox insanın həlak olmasın görə qüvvələrin məsuliyyət daşıdığı bildirilir.
.jpg)













