Bir millət, iki dövlət

Qardaş ölkədə ortaq dəyərlərimizə həsr olunan maraqlı tədbir keçirildi Türkiyənin dilbər guşələrindən olan Alanyada A. Keykubat Universiteti ilə Bakı Slavyan Universitetinin birgə “Türkiyə və Azərbaycanın ortaq dəyərləri” mövzusunda elmi konfrans keçirilib.

Qardaş ölkədə ortaq dəyərlərimizə həsr olunan maraqlı tədbir keçirildi

Türkiyənin dilbər guşələrindən olan Alanyada A. Keykubat Universiteti ilə Bakı Slavyan Universitetinin birgə "Türkiyə və Azərbaycanın ortaq dəyərləri" mövzusunda elmi konfrans keçirilib.

Açılış mərasimində çıxış edən rektor Əhməd Pinarbaşı bu konfransın BSU ilə bağlanan işbirliyi protokolunda nəzərdə tutulan tədbirlərin biri olduğunu qeyd etdi. Əhməd Pinarbaşı çıxışı zamanı vurğuladı ki, ötən il azərbaycanlı həmkarlarının dəvəti ilə BSU-nun 70 illik yubileyində iştira-kından çox məmnun qalıb və Bakıdan zəngin təəssüratla qayıdıb.

Təşkilat komitəsinin TÖMER qurumu ilə birgə elmi konfransa ciddi hazırlaşdığını qeyd edən rektor birgə çalışmalar sayəsində uğurlu nəticələr əldə ediləcəyinə əmin olduğunu da bəyan etdi. Professor Əhməd Pinarbaşı müştərək elmi araşdırmaların, tələbə mübadilələrinin mütəmadi aparılmasının tədris prosesinə müsbət təsir göstərəcəyinə, eləcə də dostluq-qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirdi.

Konfransda iştirak edən  Alanya Bələdiyyə başçısı cənab Adəm Murad Yücel iştirakçıları səmimi qəlbdən salamladı. Belə tədbirlərin elmi-pedaqoji əhəmiyyəti ilə yanaşı, iki ölkə arasında dostluq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini ayrıca vurğuladı. İki qardaş ölkə olan Türkiyə və Azərbaycan ilişkilərinin gücləndirilməsi adına belə anlamlı, tutumlu tədbiri hazırladığı üçün Keykubat universiteti və Bakı Slavyan universitetinin rəhbərliyinə dərin təşəkkürünü bildirdi. Yaxın vaxtlarda Bakı ilə Alanya arasında birbaşa uçuş-ların həyata keçiriləcəyini əlamətdar hadisə kimi dəyərləndirən Adəm bəy yeni hava körpüsünün turizmin inkişafına müstəb təsir edəcəyini xatırlatdı.

BSU-nun elmi işlər üzrə prorektoru professor Rafiq Novruzov Azərbaycan Xalq Cümhuriyyətinin 100 ərəfəsində Alanyada belə bir konfransın keçirilməsinin əhəmiyyətini xüsusi qeyd etdi. "Azərbaycanla Türkiyə arasında ortaq dəyərləri daim dəyərləndirmək və daha da genişləndirmək zamanın tələbidir"- dedi. İki ölkə arasında hərtərəfli münasibətlərin güclən-məsində gənc nəslin fəal iştirakı üçün təhsil ocaqlarının qarşısında duran mühüm məsələlərdən danışdı. Bu vəzifələri uğurla həyat keçirməkdə qüvvələri birləşdirməyin səmərəli olacağına böyük ümidlə yanaşdığını bildirdi.

Açılış mərasimində nümayiş etdirilən "Bir millət, iki dövlət" adlı sənədli film konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. BSU-nun professoru, əməkdar jurnalist Etibar Babayevin sənədli materiallara istinadən hazırladığı ekran əsərində tarixə qısa ekskursla yanaşı, müasir dövrün inkişaf yeni mərhələlərində mühüm rol oynayan ictimai-siyasi məqamların öz əksini tapması tamaşaçıların diqqətindən yayınmadı.

İki gün davam edən konfransda hər iki təhsil ocağının nümayəndələrinin məruzələri böyük maraqla finləndi və geniş müzakirələrə səbəb oldu. Yekin iclasında çıxış edən professor Leyla Harputlu təşkilat komitəsi adından Bakıdan gələn qonaqlara və digər məruzəçilərə təşəkkür bildirdi. Tədbirin sonunda BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərova, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzova, Jurnalistika kafedrasının professoru Etibar Babayevə, diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhmədə, Azərbaycanşünaslıq laboratoriyasının müdiri, dosent Sadir Məmmədova, eləcə də onların türk həmkarlarına sertifikat və xatirə nişanları təqdm edildi.

Qeyd edək ki, konfrans çərçivəsində Etibar Babayevin Türk Dünyasının iftixarı olan Barış Mançonun həyat və yaradıcılığından bəhs edən "Barış körpüsü" adlı kitabının təqdimat mərasimi keçirilirdi.1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanla Türkiyə arasında mədəni körpülərin və media əlaqələrnin möhkəmlənməsində xüsusi xidmətləri ilə seçilən görkəmli jurnalistin yeni kitabı barışsevərlər tərəfindən böyük rəğbətlə qarşılandı. 150 ölkəni gəzb-dolaşan, yüzlərlə maraqlı televiziya proqramı ilə 7-dən 77-yə jhər kəsin sevgisini qazanan Barış Manço haqqında xaricdə nəşr olunan ilk kitab nüəllifinin məhz azər-baycanlı olunması faktının özünü də, konfrans iştirakçıları ortaq dəyərlərimizin parlaq göstəricisi kimi yüksək qiymətləndirdi.

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31