Gündəm
Elxan Şahinoğlu: “Əlimizdə müasir hərbi texnika var”
“Aprel döyüşlərindən iki il keçdi. Bu müddət ərzində aprel döyüşləri və o günlərdə bölgədə yaranan mövcud geosiyasi vəziyyət haqqında xeyli qeydlərim oldu, topladığım materallar əsasında “Aprel atəşkəsi” adında kitab yazdım, çoxsaylı müsahibələr verdim”. Bunu Elxan Şahinoğlu deyib.
350 min manatlıq saxta dərman vasitələri yandırıldı
Bu gün Rusiya, Türkiyə və Avropa ölkələrindən gətirilən saxta dərman vasitələri Təhlükəli tullantılar ekoloji poliqonda yandırılaraq məhv edilib.
Nigeriyada terror aktı - 18 ölü
Nigeriyanın şimal-şərqindəki Mayduquri şəhərində həyata keçirilən terror hücumu nəticəsində 18 nəfər həlak olub, 80-dən çox şəxs yaralanıb.
Gələn il keçiriləcək G20 sammitinin TARİXİ açıqlanıb
G20 sammiti Yaponiyanın Osaka şəhərində 2019-cu ilin iyun ayının 28-29-da keçiriləcək. Məlumata görə, bu barədə açıqlamanı Tokioda mətbuat konfransı zamanı Yaponiya Nazirlər Kabinetinin katibi Yosihide Suqa verib. O qeyd edib ki, sammitin bu tarixlərdə baş tutması barədə qərar iri beynəlxalq tədbirlərin keçirilməsi cədvəlinə uyğun olaraq qəbul edilib.
Çin-ABŞ müharibəsi: Pekin cavab ZƏRBƏSİ VURDU
Çinin Ticarət Nazirliyi ABŞ-dan idxal edilən 128 adda məhsula yüksək rüsumlar tətbiq edib. Pekinin bu addımı ABŞ prezidenti Donald Trampın Çindən idxal edilən polad və aliminiuma tətbiq edilən gömrük rüsumları artırmasına cavab olaraq atılıb.
Avropanın " Grand Turco " - su Fateh Sultan II. Mehmed
Hüseyn Cavidin ailəsinə həsr olunan tamaşa - “Zülmətdə nur”
Görkəmli dramaturq Hüseyn Cavid ailəsinə həsr olunan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib. Olaylar.az bildirir ki, tamaşa Sumqayıt Dövlət Dram Teatrında AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, f.ü.f.d. Nizami Muradoğlunun mənzum pyesi əsasında hazırlanan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib.
"Arvadım qumar oynayıb, 4 milyon uduzub" - aldanmış ər şikayətləndi
Sürüşmələr aktivləşib - Çökmə sahələri yaranıb
"Teleqüllə" sürüşmə sahəsində aktivlik müşahidə edilməyib". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib. O bildirib ki, Zığ sürüşmə sahəsi, Masazır qəsəbəsi - "Zəli gölü" adlanan ərazi və Nübar qəsəbəsi sürüşmə sahəsində atmosfer yağıntılarının və texnogen amillərin təsirindən aktivlik qeydə alınıb.
Azərbaycandan Həccə getmək istəyənlərin sayı 650-ə çatıb
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 650 insan müraciət edib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib. Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 650 insan Həcc ziyarətinə getmək üçün müraciət edib.
Deputat: "Aprel döyüşləri göstərdi ki, işğal altındakı torpaqları azad etmək imkanına malik güclü ordumuz var"
“Ermənistanın 2016-cı ilin aprel ayındakı təxribatlarına cavab olaraq Milli Ordumuzun uğurlu əməliyyat keçirməsi bir daha göstərdi ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək imkanına malik güclü ordusu var”. Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
Xırdalanda mağazaya qumbara atan yaxalanıb
Aprelin 1-də gecə saat 2 radələrində Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsinə müraciət edən vətəndaş mağazasında ona qarşı quldurluq edilməsi barədə müraciət edib. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dərhal Xırdalan şəhərində hadisə baş verən ünvana gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Dəmir yolunun Qovlar-Tovuz mənzilində 4,5 km dəmir yolu əsaslı təmir olunur
Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. “OLAYLAR”-a Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.
Facebook bütün sərhədləri dağıtdı
“Facebook sosial şəbəkəsinin müsbət tərəfləri az deyil, ancaq ali məqsəd üçün düşünülmüş bu format eybəcərlikləri də üzə çıxartdı”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O, bildirib ki, hamı qəzetdə yazı yaza bilməz, bunun üçün birincisi, qabiliyyətin olmalıdır: “İkincisi etik qaydalara riayət etməlisən, yəni heç kim təhqir etməməlisən.
Düşmən 98 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub.














