350 min manatlıq saxta dərman vasitələri yandırıldı

Bu gün Rusiya, Türkiyə və Avropa ölkələrindən gətirilən saxta dərman vasitələri Təhlükəli tullantılar ekoloji poliqonda yandırılaraq məhv edilib.

Bu gün Rusiya, Türkiyə və Avropa ölkələrindən gətirilən saxta dərman vasitələri Təhlükəli tullantılar ekoloji poliqonda yandırılaraq məhv edilib.  Baş Gömrük İdarəsinin inspektoru Rövşən İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, yandırılan dərmanların ümumi dəyəri 350 min manatdan çoxdur: "Bakı Baş Gömrük İdarəsi tərəfindən, 2017-ci il ərzində " Referans pharmaceuticals" , "Radez" , "Loğman farm" , "Si Medical", "Zeytun pharmaceuticals", "Qırxbulaq" , "Eco-B Tam Xarici İnvestisiyalı", " Trokas pharma" və s. firmalar tərəfindən müxtəlif vaxtlarda gətirilən 6024975.73 rubl, 15339 avro, 92233.60 dollar və 448 türk lirəsi dəyərində dərman vasitələri normativ sənədlərə uyğun olmadığı və qablaşdırılmalarında uyğunsuzluqlar olduğuna görə müsadirə edilərək, ekolojı poliqonda məhv edilib".

Rövşən İsmayılov qeyd edib ki, gömrük orqanlarının fəaliyyət istiqamətlərindən biri də ölkəyə idxal edilən ərzaq məhsullarının və dərman preparatlarının keyfiyyətinə nəzarət etməkdən ibarətdir: "Hazırda bu istiqamətdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkəyə idxal olunan və Azərbaycan Respublikasında qeydiyyatda alınmamış, keyfiyyət baxımından normativlərə cavab verməyən bəzi dərman prearatlarının və bioloji aktiv maddələrin topdan satışına qadağa qoyub. Bakı Baş Gömrük İdarəsi tərəfindən keyfiyyətsiz və standartlara cavab verməyən preparatların ölkəyə idxal olunmasının qarşısının alınması məqsədilə gömrük nəzarəti daha da gücləndirilib. "Life international" MMC-nin Litva mənşəli Eyfarion №30 3420 ədəd 3420 avro, "Qırxbulaq" MMC-nin Rusiya mənşəli Karipazim 350 PE 6684 ədəd 20052 rubl, "Radez" MMC-nin Rusiya mənşəli Kamforma yağı 30 ml 13920 ədəd 109550.40 rubl və Trisol 200 ml 420 ədəd 9744 rubl, "Amex" MMC-nin Portuqaliya mənşəli Bertocil göz damcısı 1200 ədəd 1260 avro, "Trokas Pharma" MMC-nin Türkiyə mənşəli Drastop 200mg/2 ml №10 800 ədəd 9184 ABŞ dolları, "Stomdent" MMC-nin Rusiya mənşəli Endasept 30 ədəd 1767 rubl, "East-Vest Azərbaycan" MMC-nin Koreya mənşəli Unicenta 7 qutu 60 ABŞ dolları," Loğman farm" MMC-nin Rusiya mənşəli Biprol 5mq №30 100 ədəd 47 avro, "BVS" MMC-nin Türkiyə mənşəli Categel 50 ədəd 36.50 ABŞ dolları dəyərindədilər". Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31