Gələn il keçiriləcək G20 sammitinin TARİXİ açıqlanıb

G20 sammiti Yaponiyanın Osaka şəhərində 2019-cu ilin iyun ayının 28-29-da keçiriləcək. Məlumata görə, bu barədə açıqlamanı Tokioda mətbuat konfransı zamanı Yaponiya Nazirlər Kabinetinin katibi Yosihide Suqa verib. O qeyd edib ki, sammitin bu tarixlərdə baş tutması barədə qərar iri beynəlxalq tədbirlərin keçirilməsi cədvəlinə uyğun olaraq qəbul edilib.

Qeyd edək ki, 2017-ci il G20 sammiti Almaniyanın Hamburq şəhərində keçirilib. Builki sammit dekabr ayında Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31