Avropanın " Grand Turco " - su Fateh Sultan II. Mehmed

İstanbulun fəthi ilə adını tarixə qızıl hərflərlə yazdıran şanlı Osmanlı sultanı Fateh Sultan II. Mehmed haqqında bunları bilməlisiniz.

1444 - cü ildə atası II. Muradın istəyi ilə 12 yaşında taxta çıxan II. Mehmed ölkənin ümumi vəziyyəti və yaşının kiçikliyi səbəbi ilə təxminən 2 il taxta qaldıqdan sonra, 1446 - cı ildə padşahlığı öz istəyi ilə atasına təhvil verir. 

II. Mehmed ikinci dəfə taxta çıxanda artıq 19 yaşında idi. 

Türk dilindən əlavə olaraq yunan, ərəb, latın, fars və ivrit dillərində səlis şəkildə danışa bilirdi. 

Kitab oxumağı və tez - tez alimləri başına toplayaraq onlarla söhbətlər etməyi çox sevən II. Mehmed maraqlı mövzularda məqalələr yazdıraraq onları araşdırardı. Müəllimi olan Ağşəmsəddin; onun ən çox dəyər verdiyi alimlərdən biri idi. 

Elmə böyük əhəmiyyət verən II. Mehmed başqa ölkələrdəki alimləri İstanbula gətizdirərdi. Hətda islam dünyasının ən böyük riyaziyyat, astonomiya, mexanika, dil, bəlağət və kaləm alimi olan Əli Quşçu onun hakimiyyət dövründə İstanbula gəlmişdir. 

1466 - cı ildə Batlamyos xəritəsini tərcümə etdirərək xəritədəki adları ərəb dilində yazdırdı.

Trabzon Rum İmperatorluğunu ələ keçirtdikdən sonra, imperatorluğun filsofu Amiroutzes ilə sarayda fəlsəfi söhbətlər edirdi. 

1940 - cı ildə Topqapı sarayında professor Suheyl Ənvər tərəfindən uşaqlıq dəftəri üzə çıxarılan II. Mehmedin dəftərində, at başları, leylək, bayquş və sultanın müəllimləri yaxud da ətrafındakıların karikaturaları yer alıb. Həmçinin çiçək rəsmləri, farsca beyitlər də, görülüb. 

İstanbulun fəthindən sonra bir çox insan II. Mehmedin yoluna qatılmışdır. Bunlardan biridə tarixçi, diplomat, Rum yazıçısı İmrozlu Kritovulosdur.

II. Mehmedin biyoqrafiyasını qələmə alan Kritovolosun əl ilə yazdığı və onun 17 ilindən bəhs edən " Tarih - i Sultan Mehmed Han - i Sani " kitabı Topqapı sarayında saxlanılır. 

Tarix, coğrafiyaya böyük marağı olan II. Mehmedin divanlarıda var. 

Saryda yaratdığı böyük kitabxanada Aristotel, St Thomas, və Aquanisin də, kitabları yer alır. 

Çağdaş vaka - i namə, yəni tarix yazıçılığının dörüdə II. Mehmedin hakimiyyəti illərində başlamışdır. 

İtaliya və italiyan mədəniyyətinə yaxşı bələd olan II. Mehmedin son səfəridə İtaliyaya olmuşdur. 

1479 - cu ilin yazında venesiyalılardan rəssam göndərmələrini tələb edən II. Mehmedin bu tələbindən sonra 1479 - cu ilin payızında İstanbula gələn Gentile Bellini məşhur " Fateh " tablosunu yaratmışdır hansiki bu tablo hal hazırda London National Portrait Gallery də saxlanılır. 

Lakin II. Mehmedin oğlu II. Bəyazid qatı dindar olduğu üçün həmin tablonu və digər tabloları saraydan göndərmişdir. Bellinin sarayın bəzi divarlarında şəkdiyi fresqalarında üzərini əhənglə qapatdırmışdır. 

3 May 1481 - ci ildə vəfat edən II. Mehmed Fateh məscidinin yanındakı Fateh türbəsində dəfn edilmişdir. 

II. Mehmedin ölümü zamanı üzərindəki xalatın yaxası yırtıq olub həkimlər bunu onun nəfəs alması üçün ediblər. Həmin xalat Topqapı sarayında saxlanılır.

Fateh Sultan II. Mehmed 1481 - ci ildə, Anadoluya doğru yeni bir səfərə çıxdı. Amma hələ yolun başında ikən xəstələndi və 3 may 1481 - ci ildə Qəbzə yaxınlarındakı Hünkar çəmənindəki ordugahında öldü. Ölüm səbəbi olaraq qut xəstəliyi göstərilir. Ancaq bəzi qaynaqlar zəhərlənmə ehtimalını da qeyd edir. Buna səbəb olaraq isə səfərin Vatikan üzərinə tərtib olunması göstərilir.

2012 - ci ildə mövzusu İstanbulun fəthi olan, " Fetih 1453 " filmi çəkilmişdir. Bu film 18.200.000 büdçə ilə türk film tarixinin ən bahalı filmidir. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31