Elxan Şahinoğlu: “Əlimizdə müasir hərbi texnika var”
“Aprel döyüşlərindən iki il keçdi. Bu müddət ərzində aprel döyüşləri və o günlərdə bölgədə yaranan mövcud geosiyasi vəziyyət haqqında xeyli qeydlərim oldu, topladığım materallar əsasında “Aprel atəşkəsi” adında kitab yazdım, çoxsaylı müsahibələr verdim”. Bunu Elxan Şahinoğlu deyib.
2 Aprel 2018 12:21 Siyasət"Aprel döyüşlərindən iki il keçdi. Bu müddət ərzində aprel döyüşləri və o günlərdə bölgədə yaranan mövcud geosiyasi vəziyyət haqqında xeyli qeydlərim oldu, topladığım materallar əsasında "Aprel atəşkəsi" adında kitab yazdım, çoxsaylı müsahibələr verdim". Bunu Elxan Şahinoğlu deyib.
Deputat: "Aprel döyüşləri göstərdi ki, işğal altındakı torpaqları azad etmək imkanına malik güclü ordumuz var"
Onun sözlərinə görə, iki il bundan əvvəl həyata keçirilən əməliyyatla ən azı bir neçə rayonun azad olunacağına ümid edirdik: "Ancaq strateji yüksəkliyi əldə etməyimiz də kiçik nəticə deyil. Atəşkəsin hökm sürdüyü 22 ildə ən azı nəyisə geri qaytardıq və işğalçıya göstərdik ki, ordumuz güclənib, əlimizdə müasir hərbi texnika var və düşmən də az itki vermədi. Nəticədə Ermənistanın müdafiə naziri öz postunu itirdi, ordularında korrupsiya faktları üzə çıxdı və Dağlıq Qarabağda xidmətdən yayınma halları artdı.
Buna baxmayaraq, Moskva açıq-aşkar bizə mane oldu, hücumumuzun genişlənməsini əngəllədi. Çünki Moskva Ermənistanın Azərbaycan qarşısında məğlub olmasını istəmir. Görünür, Rusiya eyni vəziyyətdə gələn dəfə yenə bizə mane olacaq. Qərar verməliyik: Ya torpaqlarımızı azad etmək məsələsində Rusiya amilini hər dəfə nəzərə almalıyıq, bu isə işğalın davamı deməkdir, ya da bütün risqləri göz önünə alaraq növbəti əməliyyatda 4 günlə kifayətlənməməliyik". Sia.az