Hüseyn Cavidin ailəsinə həsr olunan tamaşa - “Zülmətdə nur”

Görkəmli dramaturq Hüseyn Cavid ailəsinə həsr olunan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib. Olaylar.az bildirir ki, tamaşa Sumqayıt Dövlət Dram Teatrında AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, f.ü.f.d. Nizami Muradoğlunun mənzum pyesi əsasında hazırlanan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib.

Görkəmli dramaturq Hüseyn Cavid ailəsinə həsr olunan "Zülmətdə nur" tamaşasının premyerası keçirilib. Olaylar.az bildirir ki, tamaşa Sumqayıt Dövlət Dram Teatrında AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, f.ü.f.d. Nizami Muradoğlunun mənzum pyesi əsasında hazırlanan "Zülmətdə nur" tamaşasının premyerası keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100, Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə təqdim olunan əsərə teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verib.

Əsər 1937-ci il repressiyalarının qurbanı olmuş görkəmli dramaturq-şair Hüseyn Cavid ailəsinin faciəsinə həsr edilib. Eyni zamanda bu ailənin konteksində istiqlal şairləri Əhməd Cavadın və Mikayıl Müşfiqin də mənəvi-fiziki işgəncələri, zindan həyatları təsvir olunub.

Tamaşanın premyerasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, Sumqayıt Şəhər İcra Hakimiyyəti aparatının nümayəndələri, şəhər ziyalıları, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31