Gündəm
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin həcmi açıqlandı
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 aprel 2018-ci il tarixədək 89.782.731,34 AZN, 213.573,88 ABŞ dolları, 10736,0 avro və 5000,0 rubl vəsait daxil olub. “OLAYLAR” məlumat verir ki, bu barədə xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Şagirdlər arasında yeni müsabiqə keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc bioloqların yaradıcılıq müsabiqəsinə start verilib. Idarədən “OLAYLAR”-a bildirilib ki, məktəblilərin biologiya elminə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqədə IX, X, XI sinif şagirdləri iştirak edir.
Ölkənin ən böyük neft quyusu aşkarlandı
Bəhreyndə ölkənin ən böyük neft quyusu tapılıb. Olaylar.az bildirir ki, bu haqda Bəhreyn Təbii Sərvətlər və İqtisadi Təhlükəsizliyin Ali Komitəsi yazılı açıqlama verib. Komitə yeni yeni neft yatağının Bəhreynin rəqabət qabiliyyətini dəstəkləyəcəyini qeyd edib.
Whatsappdan YENİLİK - Dostlarınızın yazışmasını görə bilərsiz
Whatsapp istifadə edən “iOS” mobil əməliyyat sistemli smartfonlarda kontaktların aktivliyini görə biləcəyiniz xüsusi mobil proqram istifadəyə verilib. Çatvoç (“Chatwatch”) adlanan mobil proqram Vatsap (“WhatsApp”) mesencerində kontaktların aktivliyini izləmənizə şərait yaradacaq. Belə ki, proqramın köməyilə dostlarınızın mesencerdən nə qədər aralıqda istifadə etməsi, eləcə də hansı müddət aralığında aktiv olduqları haqqında məlumat ala biləcəksiz.
XİN Kəlbəcərin işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb
XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Kəlbəcər rayonunun işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb. Məlumata görə, bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin, təcavüz və işğal siyasətinin tərkib hissəsi olaraq 1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi xaricində yerləşən Kəlbəcər rayonunun işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və hücumda ağır artilleriya, Mi-24 helikopterləri və hərbi təyyarələrdən istifadə edilib.
Mənbicdə durum dəyişir - Fransa 50 zabit göndərdi
Fransa Suriyanın Mənbic şəhərinə 50 zabit göndərib. Məlumata görə, fransız zabitlərin 4 hərbi təyyarədə yola düşdükləri bildirilib. Məlumata görə, zabitlər həm Suriyadakı, həm də kənardakı bazalardan ola bilər.
Yevlaxda 3,2 bal gücündə zəlzələ baş verib
Aprelin 2-də Yevlax rayonu ərazisində 3,2 bal gücündə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 10:04:54-də qeydə alınıb.
Elman Nəsirov: "Aprel döyüşlərindən sonra erməni gənclərin ölkəni kütləvi halda tərk etməsi prosesi daha da gücləndi"
2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu beynəlxalq aləmə sübut etdi. Bunu millət vəkili Elman Nəsirov deyib.
Damla Milli Qəhrəman Mübariz İbrahimovun evində
Aktyorun ürəyi dözmədi, anasından 6 saat sonra öldü - VİDEO
Musiqiçi, komedia ustası və aparıcı olan 58 yaşlı Ümit Çelik 80 yaşında vəfat edən anasından 6 saat sonra dünyasını dəyişib. Aktyor ölümündən 15 gün qabaq infarkt keçiribmiş.
Daha bir ANS-çi TV açdı
Azərbaycanda daha bir internet televiziya yayıma başlayıb. CVN adlanan kanal bu gündən fəaliyyətə başlayıb.
Seçki bülletenlərinin paylanmasına başlanıldı
Aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.
Pərvin Abıyeva ilə müğənni Kərimin möhtəşəm ŞIDIRĞI RƏQSİ - VİDEO
Dünya yeni böhranın astanasında – Trampdan ÇAĞIRIŞ
ABŞ prezidenti Donald Tramp “altılıq” ölkələrinin İranla imzalanan nüvə sazişi ilə bağlı növbəti bəyanat verib. Ağ Evin başçısı nüvə razılaşmasını ləğv etmək üçün Senatdakı respublikaçılara çağırış edib. Qeyd edək ki, daha əvvəl AŞ-ın vitse-prezidenti Maykl Pens bildirib ki, Donald Tramp nüvə sazişi ətrafında yaranan fikir ayrılıqlarının nizama salması üçün Tehran barəsində təkrar sanksiyalardan çəkinib. Vitse-prezident vurğulayıb ki, ABŞ gələcəkdə belə yumşaq davranmaq niyyətində deyil.
Mədəniyyət evinə yeni təyinat
Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən yenidən tikilmiş və açılışı nəzərdə tutulan Qızıldaş qəsəbə Mədəniyyət evinə yeni təyinat olub.














