Gündəm

Soyqırımdan bəhs edən “Ünvansız qatar” tamaşası nümayiş olundu

2 Aprel 2018 10:32

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Ünvansız qatar” pyesi əsasında hazırlanmış tamaşa nümayiş olundu. Olaylar.az bildirir ki, tamaşadan əvvəl teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirli və teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək bildirdilər ki, bu il 31 Mart soyqırımının 100 ili tama olur. 

Kim Çen In və xanımı məşhurların konsertində

2 Aprel 2018 10:28

Şimali Koreya lideri Kim Çen In və onun xanımı Cənubi Koreyadan olan pop ulduzların Pxenyandakı konsertində iştirak edib. Bu barədə Cənubi Koreyanın Mədəniyyət Nazirliyi məlumat yayıb.

51 il əvvəl dondurulan bu şəxs yenidən canlanmağı gözləyir - Fotolar

2 Aprel 2018 10:19

51 il əvvəl xərçəng xəstəliyinə tutulan və öz razılığı ilə dondurulan Ceyms Bodfordla bağlı yeni iddialar ortaya atılıb.   1967-ci ildə 73 yaşında ikən böyrək xərçəngi olduğunu öyrənən Ceyms gələcəkdə müalicəsinə tibbi çarə tapılacağına ümid edərək qanuni şəkildə bədəninin dondurulmasına razılıq verib. Bedford xəstəliyin müalicəsi kəşf edilərsə, yenidən canlandırlılacaq. Rəsmi qeydiyyata əsasən, ölü olaraq qəbul edilən Ceyms əslində tibbi olaraq ölü sayılmır. 

Tanınmış şair vəfat etdi

2 Aprel 2018 10:17

Tanınmış türk yazıçısı, şairi və tərcüməçi Ülkü Tamer dünyasını dəyişib. Türk ədəbiyyatının canlı əfsanəsi hesab edilən şairiÜ.Tamer Bodrumdakı evində vəfat edib. 81 yaşlı şairin hansı səbəbdən ölməsi ilə bağlı məlumat verilməyib.

Daha bir ölkə rus diplomatlarını ölkəsindən çıxardı

2 Aprel 2018 10:15

İki rus diplomatı Avstraliyanı tərk edib. Bu barədə Avstraliyanın Xarici İşlər naziri Cudi Bişop məlumat verib. Nazir deyib ki, rus diplomatlarına ölkəni tərk etmək üçün 7 gün vaxt verilmişdi, vaxt tamam olduğundan onlar yola salınıb.

Fransadan Türkiyəyə AĞIR ZƏRBƏ - 4 təyyarə ilə...

2 Aprel 2018 10:10

Fransa prezidenti Emmanuel Makronla ABŞ prezidenti Donald Tramp arasında Suriya mövzusundakı danışıqlardan sonra iki ölkə tərəfindən Suriyanın Münbiç bölgəsinə xüsusi təyinatlı əsgərlər göndərilib. Ötən həftə ABŞ prezidenti Donald Trampın "Biz Suriyadan çəkilirik" bəyanatının ardından Pentaqonun Fərat çayının qərb istiqamətindən Suriyanın Münbiç şəhərinə PYD\PKK terror qruplaşmasına dəstək üçün 300 xüsusi təyinatlı əsgər göndərməsinin ardından, bu dəfə də Fransa Türkiyəyə xəyanət etdi.

Oksananın səhhətində problem yaranıb

2 Aprel 2018 09:58

Rəqqasə Oksana Rəsulovanın səhhətində problem yaranıb. Sənətçi allergiyadan əziyyət çəkir.  Bu haqda Oksana sosial şəbəkə hesabından məlumat verib. O bildirib ki, uzun müddətdir bununla bağlı müalicə alır:

Sevil Əliyeva illər öncə atası və qardaşı ilə - FOTO

2 Aprel 2018 09:56

Mərhum prezident, ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyeva “Instagram” səhifəsində atası və qardaşının illər öncə çəkilən fotosunu paylaşıb.

Köhnə kitabları oxuyarkən təhlükəli xəstəliklərə də yoluxa bilərik

2 Aprel 2018 09:53

İnsan beyninin dincəlməsi üçün olduqca müstəsna rola malik olan kitablar arasında gün keçirmək çox insanların sevimli məşğuliyyətidir. Bəzi insanlar onlarda nostalji hisslər yaradan köhnə kitabları vərəqləməyi, onları oxumağı daha çox sevir. Bəzi insanlar isə sırf peşələri ilə əlaqədar köhnə kitablar, sənədlər arasında gün keçirməli olurlar.

Müğənninin atası haqda ömürlük həbs cəzası qərarı dəyişmədi

2 Aprel 2018 09:33

Sumqayıt Apellyasiya Məhkəməsində arvadını və qohumunu öldürməkdə təqsirləndirilən Qurban Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Q.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

27 yaşı ailə başçısından DƏHŞƏTLİ CİNAYƏT: Arvadını, 1 yaşlı qızını öldürdü, sonra...

2 Aprel 2018 09:30

Rusiyada 27 yaşlı kişi əvvəlcə ailəsini, sonra da özünü öldürüb. Hüquq-mühafizə şirkətində çalışan 27 yaşlı kişi 31 yaşlı xanımını və 1 yaşlı qızını öldürdükdən sonra, özünü yandırıb. Hadisə ilə bağlı polisə məlumat verən qonşular hadisənin gecə saatlarında baş verdiyini deyib.

Azərbaycanlı müğənni əri tərəfindən vəhşicəsinə döyüldü

2 Aprel 2018 09:31

Azərbaycanda əvvəllər müğənnilik fəaliyyəti məşğul olmuş qadın döyülüb. Əcnəbi bəylə ailə quran Anarə Məmmədovanın həyat yoldaşı tərəfindən döyüldüyü iddia olunur.

Fransada uçan aparat qəzaya uğradı - Ölən və yaralanan var

2 Aprel 2018 09:28

Fransanın İzer departamentində yüngül uçan aparatın qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb. Bu barədə "Europe1" radiostansiyası məlumat yayıb. Hadisə bazar günü departamentin şimal hissəsində baş verib. Qurğunun göyərtəsində 2 nəfər olub.

Ərəb Ölkələri Liqasının fövqəladə iclası keçiriləcək

2 Aprel 2018 09:26

Aprelin 3-də Qəzza zolağında böhranla əlaqədar Ərəb Ölkələri Liqasının fövqəladə iclası keçiriləcək. Bunu qurumun nümayəndəsi Səid Əbu Əli deyib. İclas Fələstinin müraciəti, Misir, Küveyt və İordaniyanın təşəbbüsü əsasında keçiriləcək.