Gündəm
“Bülbül” sənədli filminin çəkilişləri başa çatdı
Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Bülbül” sənədli televiziya filminin çəkilişlərini başa çatdırıb. QSC-nin mətbuat xidmətindən bildirilib ki, ekran əsəri Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq Artisti, professor Bülbülün (Murtuza Məmmədov) unudulmaz xatirəsinə həsr edilib.
Azərbaycanlı iştirakçı rusları heyran etdi - Video
NTV telekanalında “Sən supersən!” beynəlxalq televiziya mahnı layihəsinin növbəti buraxılışı yayımlanıb. Bu dəfə səhnəyə Zaqataladan olan Namiq Cəbrayılov çıxıb.
Məhbusları daşıyan avtobus aşdı: 2 əsgər və sürücü öldü
Diktator vəfat etdi
Qvatemalanın keçmiş diktatoru Efrain Rios Mont 91 yaşında ölüb. E.R.Montun adı Qvatemalada 36 ildən (1960-1996) çox davam edən vətəndaş müharibəsində hallanırdı. O, ötən əsrin 80-ci illərində vətəndaşların günahsız yerə öldürülmələri ilə bağlı müxtəlif məhkəmə proseslərinə cəlb edilmişdi.
25 il Kəlbəcərsiz...
Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 25 il ötür. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə təqribən 70 min olan Kəlbəcər rayonunun işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
ABŞ-ın dövlət katibi postu ona tapşırıldı
Con Sallivan ABŞ-ın dövlət katibi vəzifəsinin icraçısı təyin olunub. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəisi Hizer Noyert şəxsi "Tvitter" səhifəsində yazıb.
İranda ard-arda güclü zəlzələ
İranda 4,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yeraltı təkanların episentri paytaxt Tehrandan 91 km şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Qidanın kimyəvi tərkibini müəyyənləşdirmək üçün maraqlı KƏŞF
ABŞ-ın Tafts Universitetində çalışan mühəndislər qrupu tərəfindən hazırlanmış dişə bərkidilə bilən yığcam simsiz sensor qidanın kimyəvi tərkibini müəyyənləşdirmək qabiliyyətinə malikdir. Məlumata görə, qurğunun enerji ilə doldurulması və məlumatların ötürülməsi üçün ona passiv antenna quraşdırılıb.
İsveçrə dağlarında qar uçqunu nəticəsində 3 nəfər ölüb
Türkiyə: PKK hələ də Sincardadır
Türkiyənin kəşfiyyat qurumları Sincar bölgəsinin mərkəzi və nəzarət məntəqələrində İraq ordusunun olmasına baxmayaraq PKK-nın “Şenqal (Sincar) Müdafiə Qüvvələri” (YBŞ) adı altında ərazidə varlığını davam etdirdiyini müəyyən edib.
Avstriya uşaq bağçalarında hicabı qadağan etməyə hazırlaşır
Avstriya baş nazirinin müavini, dövlət xidməti və idman məsələləri üzrə nazir Xaynts-Kristian Ştrax ölkədə uşaq bağçalarında və ibtidai təhsil pilləsində hicabın qadağan edilməsini təklif edib.
Lerikdə meşədə asılmış halda tapılan şəxsin kimliyi məlum olub
Lerikdə meşə ərazisində asılmış halda tapılan şəxsin kimliyi məlum olub. Məlumata görə, həmin şəxs rayonun Veri inzibati ərazi vahidinə daxil olan Küsəkəran kənd sakini, 1966-cı il təvəllüdlü Tofİq Hüseyn oğlu İsayevdir.
MSK: "Məntəqə seçki komissiyaları Braylı əlifbası ilə yazılmış trafaret forması ilə təmin olunacaq"
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar hər bir məntəqə seçki komissiyası Braylı əlifbası ilə yazılmış trafaret forması ilə təmin olunacaq.
Rezidenturaya qəbul imtahanının I mərhələsi ilə əlaqədar Apelyasiya Komissiyası yaradılıb
Bu gün keçirilən rezidenturaya qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.
Prezident seçkiləri müşahidə etmək üçün akkreditə olunmuş beynəlxalq müşahidəçilərin sayı 600 nəfəri ötüb
Bu günə qədər aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.














