Lerikdə meşədə asılmış halda tapılan şəxsin kimliyi məlum olub

Lerikdə meşə ərazisində asılmış halda tapılan şəxsin kimliyi məlum olub. Məlumata görə, həmin şəxs rayonun Veri inzibati ərazi vahidinə daxil olan Küsəkəran kənd sakini, 1966-cı il təvəllüdlü Tofİq Hüseyn oğlu İsayevdir.

Məlumata görə, T. İsayev Bakı şəhərində yaşayıb, bir neçə gün əvvəl kəndə qardaşıgilə  gəlib. Mərhum ailəli olub, 2 oğlu və 1 qızı var. Hadisənin hansı şəraitdə baş verməsi isə hələ ki, məlum deyil.

Qeyd edək ki, T. İsayevin ağacdan asılmış meyiti ötən gün kənd sakinləri tərəfİndən meşə ərazisində aşkar olunub. Onlar aidiyyəti üzrə məlumat verdikdən sonra meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31