Gündəm
Bakıda tıxacların qarşısını almaq üçün yeni yol
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin qarşısında duran əsas məsələlərdən biri də paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına səbəb olacaq yeni yol infrastrukturu layihələrin işlənilməsidir.
İran-İraq sərhədində zəlzələ - 5.4 bal
İran-İraq sərhədində 5.4 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında deyilib. Yeraltı təkanlar Bağdad şəhərinin 170 kilometr şimal-şərqində baş verib.
Onu bir dəqiqə də saxlamaram - Afaq Bəşirqızı
Hər zaman özümə hökm kəsməyi bacarıram, onunla da hərəkət edirəm. Hadisələrdən çıxış yolu tapa bilirəm. Məni həyatda oğlum Səmral, nəvələrim güldürür.
Aprel şəhidinin həyatı film oldu - "Ölsəm yaşat"...
Hansı peşə sahibləri neçə saat yatır?
Aparılan yeni araşdırmalara görə, insanların yuxu rejimi peşə sahələri ilə əlaqələdir. Hansı peşə sahiblərinin neçə saat yuxu yatdığını təqdim edirik:
İnsan burnunu göbələklər əvəz edəcək
Rusiyalı alimlər göbələkdən süni burun yetişdirilməsi istiqamətində araşdırma aparır. Araşdırmanı Vladimr Kotelnikova adına Radiotexnika və Biokimya, Bitki Fiziologiyası və Mikroorqanizmlər İnstitutunun tədqiqatçıları aparır. Onlar göbələk miselyumundan süni burun yaradacaqlarını iddia edirlər.
Sabah hava küləkli olacaq
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti təşkil edəcək.
Partiyalar üçün son gün
Rusiyada həbs dalğası: Leyla Məmmədzadə saxlanıldı
Rusiya oliqarx-milyarderin həbsi ilə çalxalanır. Hüquq-mühafizə orqanları gözlənilmədən ölkənin nəhəng holdinqlərindən biri olan çoxprofilli "Summa" şirkətlər qrupunun sahibi, dağıstanlı milyarder, əslən avar olan Ziyavuddin (yaxud qısaca Ziya) Maqomedovu, qardaşı Maqomedi və holdinqin digər səlahiyyətli şəxslərini həbs edib.
Şəki Regional Perinatal Mərkəzində ana ölümü ilə bağlı cinayət işi başlanıb
Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı martın 28-də Şəki Regional Perinatal Mərkəzinə qəbul olunaraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağını dünyaya gətirmiş, lakin əməliyyatdan sonra səhhəti pisləşən Türkan Məmmədova görülmüş müalicə tədbirlərinə baxmayaraq 31 mart 2018-ci il tarixdə həmin mərkəzdə vəfat edib.
Qərb dünya çempionatına mane olur - Rusiya
Bəzi Qərb ölkələrinin əsl məqsədi futbol üzrə dünya çempionatının Rusiyada keçirilməsinə mane olmaqdır. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Beşinci kanal”a müsahibəsində deyib. “Bu bir arzudur, bu, Qərbin məqsədidir. Bütün metodlar yaxşıdır. Hər kəs fikrini həmin futbol topuna cəmləşdirib”, - Zaxarova bildirib.
Kosmosda qara materiyasız şəffaf qalaktika kəşf olunub
Astronomlar ilk dəfə qara materiyasız, işıq və enerjini əks etdirən qalaktika kəşf ediblər. Trend-in məlumatına görə, alimlər hesab edirlər ki, yeni qalaktika Yer planetinin də daxil olduğu Süd yolu qalaktikasının yerləşdiyi fəza sisteminin fundamental hissəsidir.
Rusiyanın bunu etməsinə imkan verilməyəcək - Latviya
Latviya Rusiyanın “Pasxa”nı korlamasına imkan verməyəcək. Bu sözləri Avropa Parlamentinin Latviyadan olan millət vəkili Artis Pabriks deyib. “Rusiyanın hərbi təlimlərindən qorxmayacağıq. Müşahidə aparacağıq, özümüzə, dövlətimizə və azadlığımıza həssas və inamlı olaraq qalacağıq. Baltik dənizində ani raket təlimləri zamanı Latviya, İsveç və Polşaya dəyəcək iqtisadi zərərin hesablanması yaxşı olardı. Əgər siz hərbi təlimlər keçirmək istəyirsinizsə, bunu öz ərazinizdə etməyi yoxlayın”, - millət vəkili bildirib.
Tayfur Əliyev Avropa çempionatının finalına yüksəlib
Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında finalçıların adına aydınlıq gəlib. Azərbaycan millisinin boksçusu Tayfur Əliyev də adını həlledici döyüşə yazdırıb. Məlumata görə, 56 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının mükafatçısı finala gedən yolda ispaniyalı Xose Giles Brotonsu mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (29:27, 29:27, 27:29, 29:27, 29:27) hesabı ilə məğlub edib.
ABŞ-da 521 milyon dollarlıq lotereya bileti satılıb
ABŞ-ın Nyu-Cersi ştatında 521 milyon dollar həcmində uduş gətirəcək lotereya satılıb. Məlumata əsasən, "Mega Millions"un lotereyası ötən cümə günü, Morris dairəsində, "Lukoil"un yanacaqdoldurma məntəqəsində satılıb. Lotereyanın nömrələri 11, 28, 31, 46, 59-dur. Onun qalibi hələ elan edilməyib.














