İnsan burnunu göbələklər əvəz edəcək
Rusiyalı alimlər göbələkdən süni burun yetişdirilməsi istiqamətində araşdırma aparır. Araşdırmanı Vladimr Kotelnikova adına Radiotexnika və Biokimya, Bitki Fiziologiyası və Mikroorqanizmlər İnstitutunun tədqiqatçıları aparır. Onlar göbələk miselyumundan süni burun yaradacaqlarını iddia edirlər.
1 Aprel 2018 13:55 DünyaRusiyalı alimlər göbələkdən süni burun yetişdirilməsi istiqamətində araşdırma aparır.
Araşdırmanı Vladimr Kotelnikova adına Radiotexnika və Biokimya, Bitki Fiziologiyası və Mikroorqanizmlər İnstitutunun tədqiqatçıları aparır. Onlar göbələk miselyumundan süni burun yaradacaqlarını iddia edirlər.
Alimlər əsasən şiitake göbələyindən istifadə edəcəklər. Bu göbələk növü havadakı təhlükəli ammonyak və formaldehid buxarlarına reaksiyavermə bacarığına malikdir. Alimlərin fikrincə, miselyumdan hazırlanmış burun ətraf mühitin dəyişməsi zamanı öz elastikliyini və elektrik ötürücülüyünü dəyişə biləcək.
Publika.az