Rusiyanın bunu etməsinə imkan verilməyəcək - Latviya
Latviya Rusiyanın “Pasxa”nı korlamasına imkan verməyəcək. Bu sözləri Avropa Parlamentinin Latviyadan olan millət vəkili Artis Pabriks deyib. “Rusiyanın hərbi təlimlərindən qorxmayacağıq. Müşahidə aparacağıq, özümüzə, dövlətimizə və azadlığımıza həssas və inamlı olaraq qalacağıq. Baltik dənizində ani raket təlimləri zamanı Latviya, İsveç və Polşaya dəyəcək iqtisadi zərərin hesablanması yaxşı olardı. Əgər siz hərbi təlimlər keçirmək istəyirsinizsə, bunu öz ərazinizdə etməyi yoxlayın”, - millət vəkili bildirib.
1 Aprel 2018 11:52 DünyaLatviya Rusiyanın "Pasxa"nı korlamasına imkan verməyəcək. Bu sözləri Avropa Parlamentinin Latviyadan olan millət vəkili Artis Pabriks deyib. "Rusiyanın hərbi təlimlərindən qorxmayacağıq. Müşahidə aparacağıq, özümüzə, dövlətimizə və azadlığımıza həssas və inamlı olaraq qalacağıq. Baltik dənizində ani raket təlimləri zamanı Latviya, İsveç və Polşaya dəyəcək iqtisadi zərərin hesablanması yaxşı olardı. Əgər siz hərbi təlimlər keçirmək istəyirsinizsə, bunu öz ərazinizdə etməyi yoxlayın", - millət vəkili bildirib.
Qeyd edək ki, Rusiya Baltik dənizində 4-6 aprel tarixlərində hərbi təlimlər keçirəcək. Axar.az