Aprel şəhidinin həyatı film oldu - "Ölsəm yaşat"...

Aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhid Əbdülməcid Axundova həsr olunan "Ölsəm yaşat" adlı sənədli film çəkilib. Film Azərbaycanda və qardaş Türkiyədə təqdim olunub.

Olaylar.az bildirir ki, filmdə şəhidin həyat yolu, Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq əsas yer tutur. "Ölsəm yaşat" filminin ssenari müəllifi jurnalist Nigar İsmayılqızı, operatoru Sahil Nəzırovdu.

Qeyd edək ki, sənədli film şəhidin anası Ceyran Axundovanın arzu ve isteyi ilə lentə alınıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31