Gündəm
Səfirlik: “Rahim Namazov mafiozdur, jurnalist deyil”
İraqda pişiklər üçün mehmanxana açılıb
İraqın Bəsrə şəhərində pişiklər üçün mehmanxana açılıb. Tələbə-baytar Əhməd Tahir öz evini pişiklər üçün konfortlu otelə çevirib. Mehmanxanada bir gecə qalmaq haqqı 5 min dinar (təxminən 4,2 dollar) təşkil edir.
PKK-nın Afrindən çıxardığı sərvət: Milyonlar və qızıl...
Terrorçular Afrin əhalisinin 50 illik gəlirini oğurlayıb. Bu sözləri Afrin Qurtuluş Şurasının sözçüsü Həsən Şindi deyib. “PKK Afrini 7 ildir yağmalayır. Afrindən qaçarkən xalqdan qəsb etdikləri milyonlarla dollar pul və qızılı iki TIR və bir yük maşınına yükləyərək bölgədən apardılar”, - Şindi bildirib.
Putin Tuleyevin istefasını qəbul etdi
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevin istefasını qəbul edib. Bu barədə TASS agentliyi məlumat yayıb. Regionun rəhbərliyinin icrası müvəqqəti olaraq vitse-qubernator Sergey Çivilevə tapşırılıb.
Nahaqdan 13 il həbsxanada qalan İsveç vətəndaşı təzminat alacaq
Etmədiyi cinayətdə təqsirli bilinən və ömrünün 13 ilini dəmir barmaqlıqlar arxasında keçirən İsveç vətəndaşı rekord məbləğdə pul təzminatı alacaq. 2017 ildə Kay Linnanın cinayət işinə təkrar baxıldıqda onun cinayəti əslində törətmədiyi aşkar olunub, buna görə o, 18 milyon İsveç kronu (təxminən 2,2 milyon dollar) təzminat almalıdır. Bu isə İsveç tarixində bu qəbildən olan ən böyük təzminat olacaqdır.
İstanbulda atışma: polis əməkdaşı yaralanıb
Türkiyənin İstanbul şəhərində atışma baş verib. Məlumata əsasən, atışma nəticəsində polis əməkdaşı yaralanıb.
Qeyri-sabit hava şəraiti çaylarda sululuq səviyyəsini dəyişdirdi
Son günlər üzrə çaylarda sululuq səviyyəsi dəyişib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilib. Məlumata görə, bəzi yerlərdə yağan intensiv yağış nəticəsində Respublikanın Gəncə-Qazax və Naxçıvan MR çaylarında sululuğun artımı müşahidə olunub. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-200, Kiçik Qafqazın çaylarında 220-340, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 180 faizini təşkil edib.
Deputat: "Ermənistanda heç bir millətin nümayəndəsinin normal yaşamaq imkanı yoxdur"
Ermənistanda heç bir millətin nümayəndəsinin normal yaşamaq və fəaliyyət göstərmək imkanı yoxdur. Bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib. Onun sözlərinə görə, “Pew Research Center” Tədqiqat Mərkəzinin apardığı sorğu zamanı Ermənistanın Mərkəzi və Şərqi Avropa dövlətləri arasında yəhudilərə münasibətdə ən qeyri-tolerant ölkə hesab olunması ilə bağlı gəlinən nəticəni real saymaq olar: “Əslində, Ermənistan monoetnik ölkədir. Ermənistanda heç bir millətin nümayəndəsinin normal yaşamaq imkanı yoxdur. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri əməllər də bunun bariz nümunəsidir”.
“Borussiya”nın əfsanə futbolçusu 51 yaşında komandaya qayıdır
"Qara qartal" yenidən ikinci sırada
Martın 31-də futbol üzrə Türkiyə Super Liqasının 27-ci turunun növbəti oyunları keçirilib. Çempionatda 50 xalla üçüncü sırada qərarlaşan İstanbulun “Beşiktaş” komandası “Alanyaspor”u qəbul edib. Son çempion “Beşiktaş” rəqibinə minimal hesabla qalib gəlib - 1:0. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada yeganə qolu görüşün 29-cu dəqiqəsində komandanın braziliyalı Anderson Taliska vurub.
Aİ ölkələri hava çirkləndirilməsinə görə cərimələnə bilər
Avropa İttifaqının (Aİ) ekoloji məsələlər üzrə komissarı Karmen Vella bir sıra Aİ ölkələrində havanın çirkli olması ilə bağlı Lüksemburqdakı Avropa Məhkəməsinə müraciət etmək niyyətindədir. Məlumata görə, bu barədə bu gün Almaniyanın "Welt am Sonntag" qəzeti məlumat yayıb. K. Vella məhkəməyə təqdim etmək üçün hazırladığı iddianamədə Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya kimi ölkələrin adları yer alıb. İddianamə təmin olunacağı halda bu ölkələri yüksək məbləğdə cərimələnəcək. Məhkəmənin iddianaməni təmin edəcəyi gözlənilir.
Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb
Bu gündən – aprelin 1-dən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev 6 mart 2018-ci ildə "Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncam imzalayıb.
Hindistanda bina uçub, 10 nəfər ölüb
Bu gün Hindistanın İndaur şəhərində dördmərtəbəli bina uçub. Məlumata görə, bu barədə NDTV telekanalı məlumat yayıb. Binanın uçması nəticəsində 10 nəfər ölüb, çoxlu sayda insan dağıntılar altında qalıb. Ağır xəsarət alan 7 nəfərdən ikisinin durumu ağırdır. Şahidlər bildiriblər ki, binaya avtomobil çırpılıb və bundan sonra bina uçub. Hazırda xilasetmə əməliyyatı aparılır.
ABŞ diplomatları Peterburqdakı baş konsulluğun binasını tərk ediblər
Misirdə 500-dən çox insan saxlanılıb
Misir hərbçiləri ötən həftə Sinay yarımadasında 6 ekstremisti zərərsizləşdiriblər. Bu barədə ölkənin hərbi qüvvələrinin bəyanatında bildirilir.














