Hindistanda bina uçub, 10 nəfər ölüb
Bu gün Hindistanın İndaur şəhərində dördmərtəbəli bina uçub. Məlumata görə, bu barədə NDTV telekanalı məlumat yayıb. Binanın uçması nəticəsində 10 nəfər ölüb, çoxlu sayda insan dağıntılar altında qalıb. Ağır xəsarət alan 7 nəfərdən ikisinin durumu ağırdır. Şahidlər bildiriblər ki, binaya avtomobil çırpılıb və bundan sonra bina uçub. Hazırda xilasetmə əməliyyatı aparılır.
1 Aprel 2018 11:00 DünyaBu gün Hindistanın İndaur şəhərində dördmərtəbəli bina uçub. Məlumata görə, bu barədə NDTV telekanalı məlumat yayıb. Binanın uçması nəticəsində 10 nəfər ölüb, çoxlu sayda insan dağıntılar altında qalıb. Ağır xəsarət alan 7 nəfərdən ikisinin durumu ağırdır. Şahidlər bildiriblər ki, binaya avtomobil çırpılıb və bundan sonra bina uçub. Hazırda xilasetmə əməliyyatı aparılır. Apa.az