“Borussiya”nın əfsanə futbolçusu 51 yaşında komandaya qayıdır
1 Aprel 2018 11:09 İdman"Borussiya" əfsanələrindən sayılan Mattias Zammeri geri qaytarır. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi Dortmund klubunda məsləhətçi kimi fəaliyyət göstərəcək.
"Borussiya" rəhbərliyi ilə əvvəllər münasibəti qaydasında olmayan Zammer bir müddət "Bavariya"da idman direktoru vəzifəsində işləyib. Lakin bu problem artıq yoluna qoyulub. 51 yaşlı mütəxəssis doğma klubuna qayıtmağa razılıq verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31