ABŞ diplomatları Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunun binasını tərk ediblər. 5-7 səfirlik əməkdaşından ibarət sonuncu qrup gecə saatlarında binanı tərk edib. Onlar mikroavtobusa əyləşərək ərazidən uzaqlaşıblar. Daha sonra binadan obyekti təhvil alan komissiya üzvləri çıxıb. Apa.az "RİA Novosti"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31