Gündəm

Bülənt Ərsoy xəstəxanaya yerləşdirildi - Bütöv mərtəbə boşaldıldı

1 Aprel 2018 10:53

Türkiyəli müğənni Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib. Bu barədə "Popstar 2018" verilişinin prodüseri və aparıcısı Osmantan Erkır məlumat yayıb. O bildirib ki, B.Ərsoy ağır qrip diaqnozu ilə xəstəxanaya yerləşdirilib: ""Diva"nın "Popstar 2018"in canlı yayımına çıxıb-çıxmayacağı bilinmir. Həkim növbəti günlərdə qərarını verəcək. Ümid edirik bizimlə olacaq".

Rusiya XİN “Skripal işi” ilə bağlı Londona suallar göndərib

31 Mart 2018 21:39

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyaya sabiq polkovnik Serqey Skripalın zəhərlənməsi işi ilə bağlı suallar dərc edib. Bu barədə qurumun saytında yerləşdirilmiş məlumatda bildirilir: "Martın 31-də Rusiyanın Londondakı Səfirliyi Böyük Britaniya XİN-ə "Skripal işi" ilə bağlı sualların siyahını göndərib".

Fransada təyyarə qəzaya uğrayıb, ölənlər var

31 Mart 2018 21:36

Fransanın Sen-Şamon şəhəri yaxınlığında təyyarə avtomobil yoluna düşüb. Məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində göyərtəsində olan iki həlak olub.

Qripi yox edən preparat satişa çixir

31 Mart 2018 21:26

Yaponiyalı elm adamları qrip virusunu ilk istifadədən yox edən preparat hazırlayıblar. Yaponiyada yerləşən dərman firması tərəfindən istehsal edilən qrip dərmanının bu zamana qədər edilən müalicə üsullarını məhv edəcəyi bildirilir.

Soğanın faydaları

31 Mart 2018 20:48

Demək olar ki, mətbəxdə xörək bişirərkən daim istifadə etdiyimiz tərəvəzlərdən biri soğandır. Soğan, ailədə az qala imtina edə bilmədiyimiz bir tərəvəzidir. Soğanın qırmızı, sarı, ağ, yaşıl rəngli növləri var ki,  onlar da bir- birindən özünəməxsus iylərinə görə seçilirlər. Bunların bəziləri tünd, bəziləri isə zəif qoxuludur. Bəs gəlin görək istifadə edərkən iyindən şikayətləndiyimiz soğanın nə kimi müsbət cəhətləri vardır?

Bayılma nədir?

31 Mart 2018 20:30

Bayılma düşüncənin qəfildən pozulması ilə xarakterizə olunan simptomdur.O beyin toxumasında qidalanmanın kəskin surətdə pozulması səbəbinən baş verir. Beyin damarlarının qısamüddətli spazmı və ya ürək yığılmalarının kəskin surətdə zəifləməsi bayılmaya səbəb ola bilir. Bu yığılmalara aiddir:

Ürək krizi keçirən xəstəyə ilk tibbi yardım...

31 Mart 2018 20:20

Qarşınızda ürək krizi keçirən bir adam varsa, ilk növbədə özünüzü sakitləşdirməlisiniz. Daha sonra ilk iş xəstənin sakitliyini bərpa etməkdən ibarət olmalıdır. Xəstəyə ilk ediləcək yardım onu xoş sözlərlə sakitləşdirmək və onu tək qoymayacağınızı deməkdir. Ürəktutması baş verən zaman xəstəni suallarla yormaq olmaz. Onu nə qədər az danışdırsanız bir o qədər yaxşıdır. Sonra xəstəni rahat bir yerə uzadıb, hərəkətsizliyini bərpa etmək lazımdır. Xəstə nə qədər az hərəkət edərsə, bir o qədər yaxşıdır.

Ərköyün uşaqlar

31 Mart 2018 20:12

ABŞ-da nümayiş olunan həftəlik New Yorker jurnalı müasir dövr uşaqlarının niyə ərköyün böyüməsi mövzusunu araşdırdı. Araşdırma Kaliforniya Universitetindən antropoloq Carolina Izquierdonun bir araşdırması əsasında aparıldı.

Üzərək arıqlamaq mümkündürmü?

31 Mart 2018 20:05

Dəniz mövsümü yaxınlaşır. Yay fəslinin yaxınlaşması isə arıqlamaq istəyən qadınların da sayını artırıb. Bəzi qadınlar pəhriz saxlamaqla, bir qismi isə üzgüçülüklə məşğul olaraq arıqlamağa üstünlük verir.

Şərqi Qutada 8 nəfər terrorçuların əsirliyindən azad edilib

31 Mart 2018 20:04

Suriyanın Şərqi Quta əyalətində 8 nəfər terrorçuların əsirliyindən azad edilib. Məlumata görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin məlumatında deyilir.

Lənkəranda DƏHŞƏTLİ QƏZA: 4 ölü, 1 yaralı- FOTOLAR

31 Mart 2018 19:55

Lənkəran rayonunun Gərmətük kəndi ərazisində "KaMAZ" markalı yük maşını ilə "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Facebook idarəçilərinin gizli yazışması ORTAYA ÇIXDI - ŞOK GERÇƏK

31 Mart 2018 19:50

Son günlər istifadəçilər və reklamverənlər arasında etibarını itirən feysbuk sosial şəbəkəsi daha bir qalmaqal ilə yenidən gündəmdədir.

Dərinin mövsüm xəstəlikləri

31 Mart 2018 19:47

Bir çox xəstəliklər, o cümlədən dəri patologiyası ilin fəsilləri ilə sıx əlaqədədir. Əksər hallarda xroniki  dəri xəstəliklərin kəskinləşməsi və dərinin bakterial-virus infeksiyalarına yoluxma və yayılması yaz-yay aylarına təsadüf edir. Bu,  orqanizmə təsir edən  fəsil dəyişiklikləri  (günün uzanması, vitamin disbalansı, immunitetin zəifləməsi və s. faktorlar) təsirindən bilavasitə aslıdır.

Abşeronda tibb bacısını maşın vurdu

31 Mart 2018 19:45

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 1964-cü il təvəllüdlü yerli sakin İmanova Gülzar Muxtar qızı yaşadığı ərazidə işdən çıxıb evə gedərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

6 ay yad planetdə qalan kosmonavtdan İNANILMAZ ETİRAFLAR: "Özümüzü unitaza bağlayırdıq ki..."

31 Mart 2018 19:43

“Əzələlərimizin zəifləməməsi üçün gündə iki dəfə idman etməli idik, ancaq bu zaman uçmamaq üçün özümüzü bir yerə bağlamalı olurduq”. Bu sözləri Rusiyalı kosmonavt Aleksandr Lazutkin Türkiyə mediasına müsahibəsində deyib.