Bülənt Ərsoy xəstəxanaya yerləşdirildi - Bütöv mərtəbə boşaldıldı

Türkiyəli müğənni Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib. Bu barədə "Popstar 2018" verilişinin prodüseri və aparıcısı Osmantan Erkır məlumat yayıb. O bildirib ki, B.Ərsoy ağır qrip diaqnozu ilə xəstəxanaya yerləşdirilib: ""Diva"nın "Popstar 2018"in canlı yayımına çıxıb-çıxmayacağı bilinmir. Həkim növbəti günlərdə qərarını verəcək. Ümid edirik bizimlə olacaq".

Qeyd edək ki, B.Ərsoyun yerləşdirildiyi palatanın olduğu mərtəbədə bütün otaqlar boşaldılıb və xəstələr digər mərtəbələrə köçürülüblər. "Qafqazinfo" "Sabah"a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31