Gündəm
Ermənistan bu səbəbdən ən qeyri-tolerant ölkə oldu
Ermənistan Mərkəzi və Şərqi Avropa ölkələri arasında yəhudilərə münasibətdə ən qeyri-tolerant ölkə hesab olunub. Məlumata görə, bu barədə “Pew Research Center” tədqiqat mərkəzinin hesabatında qeyd olunur. Bildirilir ki, müvafiq sosial sorğu Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində bir il ərzində aparılıb.
31 mart Soyrımının ildönümü Avropanın bir sıra ölkələrində qeyd edilib
2018-ci il 31 mart tarixində azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı Səfirliyində anım mərasimi keçirilib. Səfirlikdən verilən məlumata görə, tədbirdə Səfirliyin əməkdaşları ilə yanaşı Serbiyada, o cümlədən Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar, Serbiya ictimaiyyətinin nümayəndələri və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.
Poçettino gənc futbolçunu müdafiə etdi
İngiltərənin "Tottenhem" klubunun çalışdırıcı Maurisio Poçettino komandanın gənc ulduzu Dele Alii haqda açıqlama verib. Argentinalı mütəxəssis çox təzyiq altında olduğunu söyləyib: "Allinin bacarıqlarına çox güvənirəm, çünki onu yaxşı tanıyıram. Çox yaxşı insandır, amma hələ uşaqdır.
Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir
İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola klubdan ayrılmaq arzusundan danışıb. O, açıqlamasında ötən mövsüm İngiltərə təmsilçisini tərk etmək istədiyini söyləyib.
Aparıcı xəbər saytlarında virus aşkarlandı
"Kasperski laboratoriyası" anti-virus şirkətinin mütəxəssisləri bir sıra aparıcı xəbər saytlarında təhlükəli kod aşkarlayıblar. Bu barədə şirkətin internet səhifəsində məlumat yayılıb. Adı açıqlanmayan xəbər saytlarının baş səhifəsində yer alan virusu, davranış analizi sistemi hesabına ifşa etmək mümkün olub. Virusun tərtibatına görə, istifadəçi sayta daxil olan zaman, qabaqcadan yazılmış skript onu "İnternet Explorer" brauzeri ilə ("VBScript Godmode" eksploytunun köməkliyi) ilə haker serverlərinə yönləndirir.
"Bakıya gələndə sanki başqa dünyaya düşürdük"
Oynadığım ən ekzotik ölkə Azərbaycan idi. Bu sözləri "Simurq" klubunun sabiq futbolçusu Marçin Burkxardt deyib. Hazırda Polşanın III liqa təmsilçisi "Motor"da oynayan 35 yaşlı yarımmüdafiəçi ölkə mətbuatına müsahibə verib. O, söhbət əsnasında Azərbaycandakı karyerasını da yada salıb.
Bu ölkədə ərzaq pulsuzdur - Hamı eyni məbləğdə əməkhaqqı alır
Dünyanın bu ada-dövlətində 12 milyon əhali yaşayır. Burada yaşayan insanların sosial təminatı isə inanılmaz dərəcədə yüksəkdir. Bir daha Kuba adasına demokratiya aparmağa cəhd etməsələr, elə belə də davam edəcək. Bu xoşbəxtliyin ən azı 19 səbəbini bu şəkildə sadalamaq olar:
30 yaşdan sonra bu qidalar yeyilməməlidir - SİYAHI
Ekspertlər 30 yaşından sonra yeyilməsinə məhdudiyyət qoyulmalı olan qidaları açıqlayıblar.
Aydın Mirzəzadə: "Ermənistanda şovinizm siyasəti dövlət siyasəti səviyyəsindədir"
Ermənistanda qatı millətçilik siyasəti dövlət siyasəti səviyyəsindədir. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Rauf Əliyev: “İranla iqtisadi əlaqələrimiz daha da genişlənəcək"
“Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə görüşü çox önəmli və vacib idi. Artıq Azərbaycan-İran münasibətləri dostluq çərçivəsində davam etdirilir”. Bunu millət vəkili Rauf Əliyev deyib.
Siyasi şərhçi: “Sosial şəbəkələri qanuniləşdirmək lazımdır"
“Ümumiyyətlə sosial şəbəkələrdən istifadə bütün dünyada mövcuddur. Hesab edirəm ki, bunu müəyyən mənada qanuniləşdirmək lazımdır”. Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.
Baş redaktor: “Hər bir vətəndaşın qəti mövqeyi olmalıdır”
"Ümumiyyətlə sosial şəbəkələrdə insanların şərəf və ləyaqətini təhqir edən bəzi anti-ünsürlər öz xarakterlərinə uyğun olaraq da hərəkət edirlər”. Bunu “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
“Cəmiyyət nə baş verdiyinin fərqindədir"
“Sosial şəbəkələrdə bəzi anti-ünsür dairələrin Azərbaycan hakimiyyətinə, dövlətinə və insanlarına qarşı təhqiramiz ifadələr səsləndirməsi yeni deyil. Ümumiyyətlə bu yeni başlamış bir proses deyil. Sadəcə olaraq burada forma dəyişib”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Novruz Məmmədov: "Soyqırımı siyasətinə beynəlxalq birlik hələ də göz yumur"
“Ermənilərin XIX əsrdən Azərbaycan xalqına qaşı başlatdıqları soyqırım siyasəti 1918 və 1992-ci illərdə öz kulminasiyasına çatdı”. Məlumata görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “twitter” səhifəsində yazıb.
Millət vəkili: “Şəbəkələrdən sui-istifadə halları yolverilməzdir"
“Ümumiyyətlə sosial şəbəkələrdən sui-istifadə hallarına yol verilməsi heç də düzgün hal sayılmır. Bu insanlar başa düşməlidirlər ki, aparılan anti-kampaniya bir prezidentə qarşı deyil əksinə bütöv ölkəyə, millətə qarşıdır”. Bunu millət vəkili Rauf Əliyev deyib.














