Gündəm

“Əli Kərimli və onun komandası olan-qalan müxalif ruhunu da dəfn edib”

31 Mart 2018 18:42

“Milli Şura artıq bütün proseslərdə özünü biabır edib. Əslində Əli Kərimli və onun komandası Azərbaycanda olan-qalan müxalif ruhunu da dəfn edib”. Bunu  internet-media eksperti Səbuhi Abbasov deyib.

Siyavuş Novruzov: “Milli Şuranın mitinqi ancaq pozuculuq fəaliyyətinə xidmət edir”

31 Mart 2018 18:40

“Ümumiyyətlə, bu cür mitinqlərin keçirilməsi Azərbaycanda ancaq pozuculuq fəaliyyətinin göstəricisidir. Niyə? Birincisi, kifayət qədər yerlər ayrılmışdı. Əgər mitinq keçirmək və yaxud da hansısa tədbir keçirmək iqtidarına malik idinsə, o zaman seçkidə iştirak edərdin. Bütün regionlarda, rayonlarda görüşlər keçirərdin və insanlara öz fikirlərini, rəylərini çatdırardın. Amma ayda bir dəfə iki min və yaxud iki min beş yüz adam toplamaqla hər hansı bir mitinq keçirməyin heç bir əhəmiyyəti yoxdur”. Bunu  Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Hökumət QƏRAR VERDİ: ölkədə bu tarixdə milli sosial şəbəkə YARADILACAQ

31 Mart 2018 16:54

İran ən yaxın həftələr ərzində “Telegram” sosial şəbəkəsini milli messencerlə əvəz etməyi planlaşdırır. Bu haqda İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdi bildirib. Bürucerdi vurğulayıb ki, “Telegram”ın İran alternativinin yaradılması haqqında qərar hakimiyyətdə ən yüksək səviyyədə qəbul edilib. Onun sözlərinə görə, qərar ötən il İran şəhərlərində keçirilən etirazların gedişatında “Telegram”ın dağıdıcı rolu nəzərə alınaraq “milli təhlükəsizlik naminə” qəbul edilib.

“Vikipediya”ya 31 mart soyqırımı ilə bağlı məqalələr yerləşdirilib

31 Mart 2018 16:40

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılan “Qorqud” viki klubunun könüllüləri tərəfindən azərbaycanlıların 1918-ci il 31 mart soyqırımına həsr olunan məqalələr yaradılıb.

Canəli Əkbərov Mətanətə ağır sözlər dedi

31 Mart 2018 16:36

Əməkdar artist Mətanət İsgəndərlinin xalq artisti Canəli Əkbərovun onun anasına “gözü düşdüyü” barədə söylədiyi sözlər qarşı tərəfi qəzəbləndirib. Müğənni “Canəli Əkbərovu ad günümə dəvət etmişdim. Anamı görüb vuruldu. Deyir, nə gözəl anan var. Deyirəm, elə demə, atam sizi öldürər” ifadələrini işlətmişdi.

Azərbaycan dilinin orfoqrafiya qaydaları NİYƏ DƏYİŞDİRİLİR? - ALİM AÇIQLADI

31 Mart 2018 16:33

“1975-ci ildə Azərbaycanda 116 orfoqrafiya qaydası var idi, 2004-cü ildə 38-ə endirildi, indi isə bu say 69-a qaldırılır. Bəziləri buna etiraz edir. Yenidən orfoqrafiya qaydalarını artırmağımızın səbəbi dilin inkişafı, dildəki yeniliklərlə bağlıdır. Həmin yenilikləri dilə tətbiq etməliyik”. Bu sözləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli qaydaların sayının yenidən artırılmasına münasibət bildirərkən deyib.

Tarixi faciələrimiz, qorxunc faktlar uşaqlara necə çatdırılmalı? - MÜTƏXƏSSİSLƏRDƏN SOS

31 Mart 2018 16:31

Valideyn: “Uşaqların meşədə başını kəsdilər”, dörd yaşlı oğluma bağçada Xocalı soyqırımı ilə bağlı verilən bu şeiri izah etməkdə çətinlik çəkdim. Uşaq dərk etmədiyinə görə şeiri əzbərləyə bilmədi. İbtidai sinif müəllimi: “Sinifdə uşaqlara soyqırımı, 20 yanvar faciəsi ilə bağlı məlumatlar verirdim, bu zaman uşaqlardan birinin vəziyyəti pisləşdi. Həmin gündən bu mövzuları sinifdə izah edərkən daha diqqətli davranıram”.

"Sinema Güzeli yarışması”nda iştirak edən azərbaycanlı modellər İstanbulda

31 Mart 2018 14:55

Türkiyənin məhşur “Sinemanın kral və kraliçası”: 2-ci Sinema Güzeli yarışması”nın Azərbaycan seçiminin qalibləri İstanbula yola düşüb. “Sinemanın kral və kraliçası”: 2-ci Sinema Güzeli yarışması”nın İstanbulda keçiriləcək final gecəsinə sayılı günlər qalıb. Atilla Kaplakarsalanın rəhbərlik etdiyi layihənin Azərbaycan seçiminin qalibləri Pərvin Həsənzadə və Pərviz Musayev artıq İstanbuldadır. Yarışmaçılar Türkiyə və bəzi Avropa ölkələrindən seçilən finalçılarla birlikdə, onlar üçün yardılan düşərgədə qalır.

Hadisənin sevgilisi Bakıya gələcək - VİDEO

31 Mart 2018 14:52

Türkiyənin tanınmış aktyoru Əhməd Kural Bakıya gələcək. Bu barədə Əhməd Kural özü sosial şəbəkədə məlumat verib. Aktyor bildirib ki, Murat Cemcir də onunla birlikdə Bakının qonağı olacaq.

Qardaşını güllələdi - BAKIDA

31 Mart 2018 14:50

Martın 30-da Xəzər rayonunun Binə qəsəbəsində yaşayan yeniyetmə evlərinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə qardaşı, 20 yaşlı Rəhim Rəhimovun baş və qarın nahiyəsinə xəsarət yetirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə R.Rəhimov aldığı yaralardan ölüb.

Nazir Misir səfiri ilə görüşdü

31 Mart 2018 14:48

İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Adel İbrahimlə görüşüb. Səfirlikdən Olaylar.az -a bildirilib ki, səfir təyin olunması münasibəti ilə Adel İbrahimi təbrik edən İqtisadiyyat naziri ona Azərbaycanda dilomatik fəaliyyətində uğurlar arzulayıb.

Küləyə görə təxliyə edilən neftçilər DƏNİZƏ QAYITDI

31 Mart 2018 14:45

Hava şəraitinin kəskinləşməsi ilə bağlı neftçilərin təhlükəsizliyi məqsədi ilə martın 30-da SOCAR-ın estakada və dəniz özüllərindən təxliyə edilmiş əməkdaşlar martın 31-də iş yerlərinə qaytarılmağa başlayıb. “Azneft” İstehsalat Birliyindən bildirilib ki, bu gün saat 12-dən etibarən şirkətin dəniz obyektlərində normal iş rejimi tədricən bərpa edilib, neftçilərin özüllərə qaytarılmasının təşkili üçün bütün lazımi tədbirlər görülüb. Hazırda dəniz neftçiləri normal iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Azərbaycanda Venesuelanın səfirliyi açıldı

31 Mart 2018 14:43

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokol İdarəsinin rəisi Səfir Pərvin Mirzəzadə Venesuelanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Floresi qəbul edib. Görüşdə Venesuela səfirliyinin müvəqqəti işlər vəkili Venesuela xarici işlər naziri Jorje Arreaza Monzerrat tərəfindən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarova Venesuelanın Bakıda Səfirliyinin açılması və Pedro Argenis Sançes Floresin müvəqqəti işlər vəkili təyin olunması barədə məktubunu təqdim edib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti İtaliyada 

31 Mart 2018 14:40

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icraçısı olduğu “Vətəndaşyönümlü və şəffaf inzibati proseslər üçün elektron idarəçilik” adlı regional layihə çərçivəsində İtaliya Respublikasının Roma şəhərinə səfər edib. Olaylar.az bildirir ki, səfərin məqsədi Beynəlxalq Akademiya, Tədqiqat və Sənaye üzrə Assosiasiyanın (İARİA) təşkilatçılığı ilə keçirilən “Rəqəmsal cəmiyyət və e-hökumətlər” mövzusunda illik konfransda iştirak etmək olub.