Canəli Əkbərov Mətanətə ağır sözlər dedi

Əməkdar artist Mətanət İsgəndərlinin xalq artisti Canəli Əkbərovun onun anasına “gözü düşdüyü” barədə söylədiyi sözlər qarşı tərəfi qəzəbləndirib. Müğənni “Canəli Əkbərovu ad günümə dəvət etmişdim. Anamı görüb vuruldu. Deyir, nə gözəl anan var. Deyirəm, elə demə, atam sizi öldürər” ifadələrini işlətmişdi.

Əməkdar artist Mətanət İsgəndərlinin xalq artisti Canəli Əkbərovun onun anasına "gözü düşdüyü" barədə söylədiyi sözlər qarşı tərəfi qəzəbləndirib.

Müğənni "Canəli Əkbərovu ad günümə dəvət etmişdim. Anamı görüb vuruldu. Deyir, nə gözəl anan var. Deyirəm, elə demə, atam sizi öldürər" ifadələrini işlətmişdi.

Açıqlama verən xanəndə Mətanətin yalan danışdığını deyib:

"Yalan-palan sözlərdir. Qələt edirəm, mənim başqasının arvadıyla nə işim var? Ayıbdır, belə sözlər mənə yaraşmaz: nə Mətanətin ad gününə getmişəm, nə də onun anasına tərif yağdırmışam. Mən oxuduğum muğamlarla Azərbaycan gözəllərini vəsf edən xanəndəyəm. Yoxsa ki, xalxın arvadına niyə gözüm düşsün ki? O xanım belə sözlər danışmasın, özünə də, mənə də hörmət eləsin, yoxsa ağır cavab verərəm. Anasını tərif etmək üçün mənim adımı hallandırmasın".

Qeyd edək ki, M. İsgəndərli bu sözləri "Show time" verilişində deyib.

Yeniçağ.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31