"Sinema Güzeli yarışması”nda iştirak edən azərbaycanlı modellər İstanbulda

Türkiyənin məhşur “Sinemanın kral və kraliçası”: 2-ci Sinema Güzeli yarışması”nın Azərbaycan seçiminin qalibləri İstanbula yola düşüb. “Sinemanın kral və kraliçası”: 2-ci Sinema Güzeli yarışması”nın İstanbulda keçiriləcək final gecəsinə sayılı günlər qalıb. Atilla Kaplakarsalanın rəhbərlik etdiyi layihənin Azərbaycan seçiminin qalibləri Pərvin Həsənzadə və Pərviz Musayev artıq İstanbuldadır. Yarışmaçılar Türkiyə və bəzi Avropa ölkələrindən seçilən finalçılarla birlikdə, onlar üçün yardılan düşərgədə qalır.

Türkiyənin məhşur "Sinemanın kral və kraliçası": 2-ci Sinema Güzeli yarışması"nın Azərbaycan seçiminin qalibləri İstanbula yola düşüb.

"Sinemanın kral və kraliçası": 2-ci Sinema Güzeli yarışması"nın İstanbulda keçiriləcək final gecəsinə sayılı günlər qalıb. Atilla Kaplakarsalanın rəhbərlik etdiyi layihənin Azərbaycan seçiminin qalibləri Pərvin Həsənzadə və Pərviz Musayev artıq İstanbuldadır. Yarışmaçılar Türkiyə və bəzi Avropa ölkələrindən seçilən finalçılarla birlikdə, onlar üçün yardılan düşərgədə qalır.

Hazırda "WOW Istanbul Hotels & Convention Center"də onlara Türkiyənin məhşur aktyor və aktrisaları tərəfindən aktyorluq dərsləri keçilir. Eyni zamanda aprelin 4-ü keçiriləcək qala gecəsində nümayiş etdiriləcək səhnələr üçün təlimlərə də başlanılıb. Sonda 28 finalçının içərisindən 1 qız və 1 oğlan sinemanın kral və kraliçası seçiləcək.

Artıq qaliblərin seçilməsi üçün səsvermə başlayıb. Hər kəs iştirakçılara http://sinemaninkralvekralicesi.com/, yaxud da Sinemagüzelinin İnstagram, Facebook səhifələrində səs verə bilər. Qaliblər 500 qonağın qarşısında seçiləcək. Qonaqlar arasında Türkiyənin Yeşilçam dönəminin aktyor və aktrisaları, modellər, agentlik rəhbərləri və iş adamları olacaq. Azərbaycanı isə gecədə "PullmanBakuotel"insatış və Marketing departamentinin direktoru Gülnarə Əkbərova, Milli Geyim Mərkəzinin rəhbəri, tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, rejissor Ramilə İsayeva, "Şəms" tərcümə mərkəzinin rəhbəri Nəsimi Həsənov, Bakıda fəaliyyət göstərən "Chic and Chic" gözəllik salonunun rəhbəri Halit Ayyıldız, Mission PR Group nümayəndəsi təmsil edəcək.

Layihənin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid Eyyubqızının sözlərinə görə, "Sinemagüzeli"nin Bakıda keçirilən seçimlərində 1-ci yeri tutan Səhər Əkbər və Nərmin Seyidova qaydalara əməl etmədiyi üçün müsabiqədən kənarlaşdırılıb. "Miss Fashion"da iştirak etmək üçün seçilən Pərvin Həsənzadə hər iki müsabiqədə Azərbaycanı təmsil edəcək. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31