“Əli Kərimli və onun komandası olan-qalan müxalif ruhunu da dəfn edib”

“Milli Şura artıq bütün proseslərdə özünü biabır edib. Əslində Əli Kərimli və onun komandası Azərbaycanda olan-qalan müxalif ruhunu da dəfn edib”. Bunu  internet-media eksperti Səbuhi Abbasov deyib.

"Milli Şura artıq bütün proseslərdə özünü biabır edib. Əslində Əli Kərimli və onun komandası Azərbaycanda olan-qalan müxalif ruhunu da dəfn edib". Bunu  internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, hər bir ölkədə, hər bir cəmiyyətdə sağlam müxalifətə ehtiyac var: "Çünki sağlam müxalifət cəmiyyətin ağrıyan nöqtələrini göstərir, xalqın milli maraqlarını hər şeydən üstün tutur. Biz də isə müxalifət Əli Kərimlinin qrant hərisliyinə görə tamamilə monopoliyalaşıb. Bu da öz növbəsində nəinki mövcud müxalifəti xalqın gözündən salır, eyni zamanda, yeni komandanın formalaşmasının qarşısını alır. Azərbaycanda bu gün mitinq planlaşdıran qruplaşmaların müxalifətçiliyə heç bir aidiyyatı yoxdur. Onlar sadəcə anti-Azərbaycan qüvvələri, erməni lobbisi və digər təxribatçı qruplardan aldıqları vəsaitləri silirlər, vəssalam. Hesab edirəm ölkədə yeni müxalif ruh yaradılmalı, ermənilərə satılanlar ifşa olunmalı, cəmiyyətimizin bu çirkablardan təmizlənməlidir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31