Rauf Əliyev: “İranla iqtisadi əlaqələrimiz daha da genişlənəcək"

“Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə görüşü çox önəmli və vacib idi. Artıq Azərbaycan-İran münasibətləri dostluq çərçivəsində davam etdirilir”. Bunu millət vəkili Rauf Əliyev deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə görüşü çox önəmli və vacib idi. Artıq Azərbaycan-İran münasibətləri dostluq çərçivəsində davam etdirilir". Bunu millət vəkili Rauf Əliyev deyib.

Onun sözlərinə görə, prezidentlərin görüşündə müxtəlif istiqamətlərə dair xeyli sazişlərə imza atıldı: "Astara-Rəşt dəmiryolu, kənd təsərrüfatı, mədəniyyət, təhsil ocaqlarının inşa olunması və s. bağlı imzalar atıldı. Hesab edirəm ki, prezidentlərin görüşü xüsusi əhəmiyyətə malik idi. Digər tərəfdən isə İran bizim qonşumuzdur. İran Prezidenti Azərbaycanda səfərdə olduğu zaman özü də vurğuladı ki, biz gərək qonşumuzla yaxşı davranaq və bir-birimizə hörmət edək. Azərbaycan tərəfdən isə cənab İlham Əliyev bu məsələlərə toxunarkən həmişə deyib ki, biz qonşularla hər zaman tolerantıq və onlara açıqıq. Bu mənada düşünürəm ki, görüş həm İran, həm də Azərbaycan xalqı üçün vacib idi. Qonşular nə qədər bir olsa, bir o qədər yaxşıdır. Bizim iqtisadi əlaqələrimiz daha da genişlənəcək və iki dövlət, xalq arasında münasibət daha da yaxşı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31