"Bakıya gələndə sanki başqa dünyaya düşürdük"
Oynadığım ən ekzotik ölkə Azərbaycan idi. Bu sözləri "Simurq" klubunun sabiq futbolçusu Marçin Burkxardt deyib. Hazırda Polşanın III liqa təmsilçisi "Motor"da oynayan 35 yaşlı yarımmüdafiəçi ölkə mətbuatına müsahibə verib. O, söhbət əsnasında Azərbaycandakı karyerasını da yada salıb.
31 Mart 2018 19:12 İdmanOynadığım ən ekzotik ölkə Azərbaycan idi. Bu sözləri "Simurq" klubunun sabiq futbolçusu Marçin Burkxardt deyib. Hazırda Polşanın III liqa təmsilçisi "Motor"da oynayan 35 yaşlı yarımmüdafiəçi ölkə mətbuatına müsahibə verib. O, söhbət əsnasında Azərbaycandakı karyerasını da yada salıb. Burkxardt ölkəmizdə onun təəccübünə səbəb olan məqamlara toxunub: "Orada Qafqaz dağlarının ətəyində yerləşən Zaqatalanın klubunda çıxış edirdim. İnsanlar küçədə uzunqulağa minirdilər. Bakıya gələndə isə sanki başqa dünyaya düşürdük. Azərbaycan paytaxtı çox qlamur və dəbdəbəli yerdi. Hər matçdan sonra məşqçimiz 2 günlük Bakıya getməyimizə icazə verirdi".
2012-2013-cü illər mövsümündə Azərbaycan çempionatda çıxış edən Burkxardt oynadığı liqalar arasında müqayisə aparıb: "Legioner həyatı yaşadığım ölkələrdən maliyyə baxımından ən sərfəlisi Ukrayna idi. Azərbaycanda isə Polşadakı qədər qazanırdım. İsveç və Norveçdə kosmik pullar almırdım. Ancaq orada yaşayış çox baha idi. Ona görə də bu ölkələrdəki karyeram uzun sürmədi." Apasport.az