Abşeronda tibb bacısını maşın vurdu

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 1964-cü il təvəllüdlü yerli sakin İmanova Gülzar Muxtar qızı yaşadığı ərazidə işdən çıxıb evə gedərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 1964-cü il təvəllüdlü yerli sakin İmanova Gülzar Muxtar qızı yaşadığı ərazidə işdən çıxıb evə gedərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir. G.İmanova Ceyranbatan qəsəbəsinin tibb məntəqəsində tibb bacısı işləyir.

Faktla bağlı araşdırma aparılır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31