"Qara qartal" yenidən ikinci sırada
Martın 31-də futbol üzrə Türkiyə Super Liqasının 27-ci turunun növbəti oyunları keçirilib. Çempionatda 50 xalla üçüncü sırada qərarlaşan İstanbulun “Beşiktaş” komandası “Alanyaspor”u qəbul edib. Son çempion “Beşiktaş” rəqibinə minimal hesabla qalib gəlib - 1:0. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada yeganə qolu görüşün 29-cu dəqiqəsində komandanın braziliyalı Anderson Taliska vurub.
1 Aprel 2018 11:07 İdmanMartın 31-də futbol üzrə Türkiyə Super Liqasının 27-ci turunun növbəti oyunları keçirilib. Çempionatda 50 xalla üçüncü sırada qərarlaşan İstanbulun "Beşiktaş" komandası "Alanyaspor"u qəbul edib. Son çempion "Beşiktaş" rəqibinə minimal hesabla qalib gəlib - 1:0. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada yeganə qolu görüşün 29-cu dəqiqəsində komandanın braziliyalı Anderson Taliska vurub.
Bu qələbədən sonra beşiktaşlılar xallarının sayını 53-ə çatdıraraq "Başakşehir" komandası ilə xallarını bərabərləşdirib və turnir cədvəlində bir pillə irəliləyərək top fərqinə görə rəqiblərini qabaqlayıblar.
Bu gün keçirilən digər oyunlarda "Yeni Malatyaspor" komandası "Gənclərbirliyi"i 4:1, "Antalyaspor" isə "Bursaspor"u 2:0 hesabı ilə məğlub edib.
Tur çərçivəsində aprelin 1-də "Göztəpə" - "Kasımpaşa", "Osmanlıspor" - "Konyaspor", "Akhisar" - "Başakşehir", "Qalatasaray" - "Trabzonspor" matçları keçiriləcək.
Tura aprelin 2-də keçiriləcək "Kayserispor" - "Fənərbağça" oyunu ilə yekun vurulacaq.
Hazırda çempionata 54 xalla "Qalatasaray" komandası başçılıq edir. Hər birinin aktivində 53 xal olan "Beşiktaş" və "Başakşehir" ikinci-üçüncü yerləri bölüşürlər. "Fənərbağça" 48 xalla dördüncü, "Trabzonspor" isə 42 xalla beşinci pillədə qərarlaşıb.