Diktator vəfat etdi
Qvatemalanın keçmiş diktatoru Efrain Rios Mont 91 yaşında ölüb. E.R.Montun adı Qvatemalada 36 ildən (1960-1996) çox davam edən vətəndaş müharibəsində hallanırdı. O, ötən əsrin 80-ci illərində vətəndaşların günahsız yerə öldürülmələri ilə bağlı müxtəlif məhkəmə proseslərinə cəlb edilmişdi.
2 Aprel 2018 09:12 DünyaQvatemalanın keçmiş diktatoru Efrain Rios Mont 91 yaşında ölüb.
E.R.Montun adı Qvatemalada 36 ildən (1960-1996) çox davam edən vətəndaş müharibəsində hallanırdı.
O, ötən əsrin 80-ci illərində vətəndaşların günahsız yerə öldürülmələri ilə bağlı müxtəlif məhkəmə proseslərinə cəlb edilmişdi.
2013-cü ildə diktator 80 illik həbs cəzasına məhkum edilsə də, Konstitusiya məhkəməsi bu qərarı qanunsuz saymışdı.
Sonrada müxtəlif məhkəmə prosesləri davam etdirilsə də, onun ölümü ilə bu işlər yarımçıq qaldı. (Axar.az)