“Bülbül” sənədli filminin çəkilişləri başa çatdı

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Bülbül” sənədli televiziya filminin çəkilişlərini başa çatdırıb. QSC-nin mətbuat xidmətindən bildirilib ki, ekran əsəri Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq Artisti, professor Bülbülün (Murtuza Məmmədov) unudulmaz xatirəsinə həsr edilib.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Bülbül" sənədli televiziya filminin çəkilişlərini başa çatdırıb.

QSC-nin mətbuat xidmətindən bildirilib ki, ekran əsəri Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq Artisti, professor Bülbülün (Murtuza Məmmədov) unudulmaz xatirəsinə həsr edilib. Görkəmli sənətkarın keçdiyi həyat və yaradıcılıq yolu tarixi kinoxronika ilə yanaşı, onun ifa etdiyi musiqi əsərləri ilə müşayiət olunur.

Filmin ssenari müəllifi Elnurə Hüseynova, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31