Prezident seçkiləri müşahidə etmək üçün akkreditə olunmuş beynəlxalq müşahidəçilərin sayı 600 nəfəri ötüb
Bu günə qədər aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.
1 Aprel 2018 15:29 SiyasətBu günə qədər aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.
MSK-dan verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 53 təşkilat və 54 ölkədən 603 beynəlxalq müşahidəçi akkreditə olunub. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 55 min 965 nəfərdir. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31