Tanınmış şair vəfat etdi

Tanınmış türk yazıçısı, şairi və tərcüməçi Ülkü Tamer dünyasını dəyişib. Türk ədəbiyyatının canlı əfsanəsi hesab edilən şairiÜ.Tamer Bodrumdakı evində vəfat edib. 81 yaşlı şairin hansı səbəbdən ölməsi ilə bağlı məlumat verilməyib.

Tanınmış türk yazıçısı, şairi və tərcüməçi Ülkü Tamer dünyasını dəyişib.

Türk ədəbiyyatının canlı əfsanəsi hesab edilən şairi Ü.Tamer Bodrumdakı evində vəfat edib. 81 yaşlı şairin hansı səbəbdən ölməsi ilə bağlı məlumat verilməyib.

Xatırladaq ki, Ülkü Tamer 1937-ci ildə Gaziantepdə dünyaya gəlib. 1964-68-ci illərdə aktyor kimi fəaliyyət göstərib. "Soyuq otların altında", "Göy onları yanıltmaz", "Ezra ilə qari", "Vergülün başından Kkənlər", "İçimə çəkdiyim hava deyil, göy üzüdür", "Yazın bitdiyi", "Ölüm belə üşüyür" kimi məşhur şeirlərin müəllifidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31