Mənbicdə durum dəyişir - Fransa 50 zabit göndərdi
Fransa Suriyanın Mənbic şəhərinə 50 zabit göndərib. Məlumata görə, fransız zabitlərin 4 hərbi təyyarədə yola düşdükləri bildirilib. Məlumata görə, zabitlər həm Suriyadakı, həm də kənardakı bazalardan ola bilər.
2 Aprel 2018 11:33 DünyaFransa Suriyanın Mənbic şəhərinə 50 zabit göndərib. Məlumata görə, fransız zabitlərin 4 hərbi təyyarədə yola düşdükləri bildirilib. Məlumata görə, zabitlər həm Suriyadakı, həm də kənardakı bazalardan ola bilər.
Qeyd edək ki, hələ martın 3-da Fransa XİN Parisin Suriyanın şimalında müstəqil hərbi əməliyyatlar planlaşdırmadığını qeyd etmişdi. Martın 5-də isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Mənbic rayonunun terrorçulardan təmizləməyə hazır olduğunu bəyan etmişdi. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31