Gündəm

Əmək Nazirliyində görüş keçirilib

5 Aprel 2018 15:05

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüş keçirilib.

MSK maliyyə hesabatı verən partiyaların adlarını açıqladı

5 Aprel 2018 15:05

Mərkəzi Seçki Komissiyasına (MSK) 2017-ci il üzrə maliyyə hesabatı təqdim edən siyasi partiyaların bir qisminin adı açıqlanıb.“Olaylar” xəbər verir ki, adları açıqlanan partiyaların sayı 19-dur. Bunlar Yeni Azərbaycan Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Kommunist Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, Azərbaycan Xalq Partiyası, Vəhdət Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və “Milli Vəhdət” Partiyasıdır. Ümumilikdə isə MSK-ya maliyyə hesabatı təqdim edən partiyaların sayı 30-a yaxındır.

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

5 Aprel 2018 15:03

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik çıxışında “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri və təşkilat komitəsinin yaradılması ilə bağlı iştirakçılara məlumat verib.

Sarkisyan üç müşavirini işdən çıxardı

5 Aprel 2018 14:56

Ermənistan prezidentinin üç müşaviri vəzifəsindən azad olunub. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qanunu pozanlara 12 il müddətli məcburi göstəriş verildi

5 Aprel 2018 14:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə ölkə ərazisində martın 16-dan 31-dək araşdırma aparıblar.

FİFA daha 3 qaydanı dəyişir

5 Aprel 2018 14:53

FİFA futbol qaydalarında yeni dəyişiklər etməyi planlaşdırır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ali futbol qurumu bu qaydaları öncə aşağı yaş qrupu üzrə komandalar arasında keçirilən oyunlarda tətbiq edəcək.

"Siyasi eksperimentlər" dövrü artıq başa çatıb

5 Aprel 2018 14:51

Ölkəmiz müstəqillk əldə etdikdən bəri Azərbaycan xalqı öz istək və iradəsini ortaya qoymaqla müdikliyini nümayiş etdirir. Müstəqil Azərbaycan dövlətçiliyinə qarşı yaranan təhlükəni təmkinlə dəf edən xalq çübhəsiz ki, onu qoruyub saxlamağı da bacaracaq. Hazırda mövcud iqtidarın ətrafında sıx birləşdiyini real əməldə sübut edən xalqın prinsipiallığı sayəsində ölkəmiz günü-gündən inkişaf edir.

Peskov: "Rusiyada oliqarx yoxdur"

5 Aprel 2018 14:43

"Rusiyada oliqarx yoxdur. Onların mövcud olduğu dövrlər keçib". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, jurnalistlərin suallarını cavablandırarkən "rusiyalı oliqarxlar" ifadəsini yersiz saydıqlarını söyləyib.

“Qızımın adını yuxumda gördüm…”

5 Aprel 2018 14:34

Türkiyə Milli Komandasının və “Beşiktaş”ın ulduz futbolçusu Canər Ərkin 4 aylıq hamilə həyat yoldaşı Şükran Ovalı ilə görüntülənib. Canər Ərkin uşağının adının qoyulması üçün xüsusi adam tutduğu iddiasına gülümsəyərək, belə bir peşənin olduğunu mediadan öyrəndiyini və qızlarının adına həyat yoldaşı ilə birlikdə qərar verdiyini açıqlayıb.

“Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür"

5 Aprel 2018 14:32

“Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. Azərbaycan 2019-2022-ci illər ərzində isə Qoşulmama hərəkatına sədrlik edəcək. Azərbaycan vaxtilə Qoşulmama Hərəkatına ona görə üzv oldu ki, bir daha beynəlxalq aləmə balanslaşdırılmış xarici siyasət yürütdüyünü təsdiq etsin. Bu siyasət Azərbaycanı təhlükələrdən qorumalıdır”. Bunu  politoloq Elxan Şahinoğlu deyib.

Bülənt Ərsoy qadın olmasaydı…

5 Aprel 2018 14:30

Prodüsser Türkər İnanoğlu türk mediasına istinadən Bülət Ərsoyun kişi olarkən çəkildiyi filmlərin çox bəyənildiyini, çox tərbiyəli və zarafatcıl bir adam olduğunu, əgər qadın olmasaydı, bu gün daha da zirvələrdə olacağını, qadın olmasının  onun kökəlməsinə səbəb olaraq xarici görünüşünə mənfi təsir göstərdiyini bildirib.

Azər Qərib və “ Oralar ” efirə qayıdır

5 Aprel 2018 14:29

Bakı Media Mərkəzinin təşəbbüsü ilə yayımlanan “Oralar” verilişi, yenilənmiş formatda efirə qayıdır.

Rusiyaya qarşı Avropanın yeni təzyiq metodları

5 Aprel 2018 14:28

Rusiya Qərbin yeni təzyiqləri ilə üz-üzə qalıb. Krım böhranından bu yana iqtisadi sanksiyalarla Moskvanı çökdürə bilməyən Qərb indi də diplomat oyunu ilə Rusiyaya qarşı amansız mübarizəyə start verib.

Türkiyəli alimin erməniləri ifşa edən kitabı

5 Aprel 2018 14:15

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Rus və erməni mənbələri işığında erməni problemi və meydana çıxma prosesi” adlı 1678-1914 və 1915-1923-cü illəri əhatə edən iki cildlik kitab daxil olub. Kitabın müəllifi Türkiyə Cümhuriyyəti Prezidentinin müşaviri, tarixçi alim, professor Seyyit Sertçelikdir. Kitab Türkiyə Cümhuriyyətinin milli neft şirkəti “Türkiyə Petrolları” şirkəti tərəfindən Azərbaycan dilində nəşr edilərək MEK-ə təqdim olunub. Kitabın Azərbaycandilli nəşri üçün rəyi millət vəkilləri - akademik Nizami Cəfərov və professor Musa Qasımlı verib.

İncəsənət məktəbinin şagirdləri təltif olundular

5 Aprel 2018 14:13

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin müəllim və şagirdləri ilə görüşüb. Məktəbin kollektivini uğurlar münasibətilə təbrik edən V.Zeynalov onlara gələcək fəaliyyətlərində böyük nailliyyətlər arzu edib. Sonra Beynəlxalq Muğam Mərkəzində keçirilmiş bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı Vaqif Mustafazadəyə həsr olunmuş konsertdə uğurlu çıxışlarına görə məktəbin şagirdləri "Fəxri fərman"larla təltif ediliblər.