AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik çıxışında “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri və təşkilat komitəsinin yaradılması ilə bağlı iştirakçılara məlumat verib.

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik çıxışında "Naxçıvan: İslam mədəniyyətinin paytaxtı" mövzusunda beynəlxalq konfransın hazırlıq işləri və təşkilat komitəsinin yaradılması ilə bağlı iştirakçılara məlumat verib.

Bölmə sədri daha sonra konfransın elmi istiqamətinin müəyyən edilməsi və ictimaiyyətə təqdim olunması barədə tapşırıqlar verib.

Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov "XI əsrdə Naxçıvanda ədəbi mühit: Qətran Təbrizi" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Naxçıvan diyarının müxtəlif dövrlərdə özünəməxsus ədəbi mühitinin olmasından bəhs edərək XI yüzillikdə yaşamış, ədəbi-bədii yaradıcılığı ilə məktəb yaratmış və ictimai-siyasi fəaliyyəti ilə böyük nüfuz qazanmış Qətran Təbrizinin Naxçıvana səfərindən ətraflı danışıb. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Daha sonra Azərbaycan Respublika Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsinin yerinə yetirilməsi ilə bağlı layihə rəhbərləri, akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev və Vəli Baxşəliyev çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31