Əmək Nazirliyində görüş keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüş keçirilib.
5 Aprel 2018 15:05 SosialAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") nümayəndələri ilə görüş keçirilib.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlət qurumları ilə biznes strukturları arasında fəal və səmərəli əməkdaşlığın əhəmiyyətini qeyd edib, nazirliklə "AmCham Azərbaycan" arasında uğurlu əməkdaşlıq təcrübəsi əsasında bu təşkilatla vaxtaşırı olaraq belə görüşlərin təşkil edildiyini bildirib.
Görüşdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlar, müvafiq qanunvericilik aktlarında tətbiq edilən yeni dəyişikliklərlə bağlı biznes qurumlarının nümayəndələrinə məlumatlar verilib, onların sualları cavablandırılıb. Əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində aparılan işlərdən də bəhs olunub, habelə Palatanın hazırladığı (Ağ sənəd) "Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr" çərçivəsində əmək qanunvericiliyi ilə bağlı təkliflər ətraflı müzakirə edilib.