"Siyasi eksperimentlər" dövrü artıq başa çatıb
Ölkəmiz müstəqillk əldə etdikdən bəri Azərbaycan xalqı öz istək və iradəsini ortaya qoymaqla müdikliyini nümayiş etdirir. Müstəqil Azərbaycan dövlətçiliyinə qarşı yaranan təhlükəni təmkinlə dəf edən xalq çübhəsiz ki, onu qoruyub saxlamağı da bacaracaq. Hazırda mövcud iqtidarın ətrafında sıx birləşdiyini real əməldə sübut edən xalqın prinsipiallığı sayəsində ölkəmiz günü-gündən inkişaf edir.
5 Aprel 2018 14:51 SiyasətRadikal müxalifətin anarxiya yaratmaq cəhdi fiaskoya uğradı
Ölkəmiz müstəqillk əldə etdikdən bəri Azərbaycan xalqı öz istək və iradəsini ortaya qoymaqla müdikliyini nümayiş etdirir. Müstəqil Azərbaycan dövlətçiliyinə qarşı yaranan təhlükəni təmkinlə dəf edən xalq çübhəsiz ki, onu qoruyub saxlamağı da bacaracaq. Hazırda mövcud iqtidarın ətrafında sıx birləşdiyini real əməldə sübut edən xalqın prinsipiallığı sayəsində ölkəmiz günü-gündən inkişaf edir. Bununla belə məlum anti-milli qüvvələr hələ də tarixin keçdiyi dərsdən nəticə çıxarmaq istəyində deyillər. Fəaliyyəti daha çox Azərbaycanda xaotik bir durumun formalaşmasına köklənmiş və hələ də hakimiyyətdə olduqları bir ilin eyforiyasında yaşayan, köhnə təfəkküründən əl çəkə bilməyən radikal müxalifətin istək və əməli bunun real təcəssümüdür. Adını müxalifət qoysa da, əməlləri daha çox xalqa və onun formalaşdırdığı müstəqil dövlətə qarşı yönələn, beləliklə də əsl mahiyyətini istər-istəməz faş edən radikal qüvvələrin Azərbaycanda nədən hər vəchlə sabitliyin pozulmasına, anarxiyanın yaranmasına çalışmasının səbəbi əslində heç kimə sirr deyil. Çünki heç bir sosial bazası olmayan, xalqdan özünü təcrid edən radikal müxalifət yalnız bu halda yenidən hakimiyyətə qayıda biləcəyinə ümid bəsləyir. O da məlumdur ki, Azərbaycanda 1990-cı illərin əvvəllərində mövcud olan xaotik durumun yaranmasını həm də ölkəmizə qarşı çıxan qüvvələr istəyir. Deməli, radikal müxalifət də, müstəqil Azərbaycana zidd çıxan qüvvələr də əməlləri ilə faktiki olaraq eyni bir şəbəkəyə bağlıdırlar. Digər tərəfdən, müxalifətin sözügedən qanadına elə antiazərbaycançı mövqedə dayananlar tərəfindən vəsait ayrılması, bunun əvəzində müxalifət təmsilçilərinin, onların rəhbərlərinin həmin qüvvələr qarşısında müəyyən öhdəliklər götürməsi, vədlər verməsi elə radikalların öz düşərgəsində tez-tez etiraf edilən həqiqət, bəzən isə bir-birlərinə qarşı səslənən ittihamdır. Vəkil Rövşən Qasımov bildirib ki, xalqın dəstəyindən tamamilə məhrum olan, nüfuzunu, sosial dayaqlarını və ictimai-siyasi proseslərə təsir imkanlarını tamamilə itirmiş radikal müxalifət partiyaları ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edirlər. Radikal müxalifətin hakimiyyətin nüfuzu qarşısında acizliyi, gücsüzlüyü və sivil rəqabət imkanına malik olmaması göz qabağındadır. Onlar yaxşı başa düşürlər ki, ictimai dayaqları güclənən, xalqın etimadını qazanan hakimiyyətin bütün seçkilərdə uğur qazanmaq şansı birmənalıdır. Xalqı indiki iqtidarı dəstəklədiyinə görə dəfələrlə açıq ittiham edən, hətta həqarətli ifadələr işlətməkdən çəkinməyən radikal müxalifət sivil, demokratik seçki yolu ilə hakimiyyətin namizədinə qalib gəlmək şansını birdəfəlik itirdiyini yaxşı başa düşür. 1992-ci ildə xalqı "demokratiya" hayqırtıları ilə, yalan vədlərlə aldadaraq silahlı yolla hakimiyyətə yiyələnən bu destruktiv qüvvələr yenə də "köhnə təfəkkürlə" siyasi mübarizə aparmağa cəhd edirlər. Ancaq bu destruktiv partiya rəhbərləri yanılırlar. Unudurlar ki, indi sivil rəqabət şəraitində, demokratik, azad seçki nəticəsində hakimiyyətə gəlmək mümkündür, bunda isə onların imkanları sıfıra bərabərdir. 1992-1993-cü illərdə hakimiyyətdə olmuş bu qüvvələr ölkənin inkişafı naminə heç bir addım atmamış, yalnız şəxsi maraqları üçün çalışmışlar. Ağı-qaradan seçməyi yaxşı bacaran müdrik xalqımız aqressiv müxalifətin bu gün səsləndirdikləri sərsəm bəyanatların da cılız siyasi maraqlara xidmət etdiyini yaxşı başa düşür. Həmin xaos, anarxiya illərində respublikamızın müstəqilliyi şərti mahiyyət kəsb etmiş, xalqımız ədalətli, sivil və iqtisadi cəhətdən inkişaf edən dövlətdə yaşamaq arzusunu gerçəkləşdirə bilməmişdi. Həmin dövrdə Azərbaycanda cərəyan edən ağır və mürəkkəb proseslər göstərdi ki, milli dövləti yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik və liderlik keyfiyyətləri sayəsində hifz etmək olar. O illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı: "O dövrdə AXC-Müsavat iqtidarının naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Respublikada qanunçuluğa, hüquq qaydalarına əməl olunmamasına, dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsi, ayrı-ayrı siyasətçilərin "könüllü döyüşçü" adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən ayrı-ayrı məmurların "özfəaliyyət dərnəyi" yaradaraq dövlətin o zamankı rəhbərliyinə etinasız münasibəti nəticəsində hakimiyyət böhranının dərinləşməsi, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərlə baş qaldırması ölkədəki vəziyyəti dalana gətirib çıxarmışdı. Faktiki olaraq müəyyən xarici qüvvələrin dəstəklədiyi bu cinayətkar qruplar respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Əksəriyyət başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə - alternativsiz lider məhz Heydər Əliyev idi! Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını etiraf etmək məcburiyyətində qalan AXC-Müsavat iqtidarının Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etməsi də məhz bu reallıqla şərtlənirdi. Əgər xalqın böyük təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olacaqdı".
Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, hətta iğtişaşlar törətməyə hazır olan ifrat radikal müxalifət dairələrinin iç üzünü artıq xalq yaxşı tanıyır. Bu destruktiv qüvvələrin antiazərbaycan dairələrin tapşırığı ilə yenidən fəallaşması onların Azərbaycanı ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək niyyətindən əl çəkmədiklərini dir daha göstərir. Son günlər ifrat radikal müxalifət düşərgəsində belə bir absurd fikirlər özünə yer almışdır ki, guya bir sıra ərəb ölkələrində - Tunisdə, Misirdə yaşanan məlum hadisələr Azərbaycanda da təkrarlana bilər. Reallığa söykənməyən analogiyalar aparan radikal müxalifət təmsilçiləri nədənsə unudurlar ki, xaos və anarxiya, vətəndaş itaətsizliyi, siyasi, iqtisadi və mənəvi böhran dövrü kimi səciyyələnən "siyasi eksperimentlər" dövrü artıq başa çatıb. O da birmənalı həqiqətdir ki, əgər müxalifətin radikal hissəsi öz davranışını dəyişdirməsə, ölkəmizin milli maraqlarına cavab verən ideoloji dəyişikliklərə uğramasa, onların tamamilə Azərbaycanın siyasi həyatından silinməsi labüd xarakter daşıyacaq. Çünki bu, artıq cəmiyyətin tələbi kimi qəbul olunur. Radikal müxalifətin ictimai təhlükəsizliyi pozmaq cəhdləri, şübhəsiz ki, həmin asayişin keşiyində ləyaqətlə dayanan müvafiq dövlət strukturları, o cümlədən daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən qətiyyətlə alınacaq. Daxili işlər orqanlarının peşəkarlığı, fəaliyyətdə nümayiş etdirdikləri qətiyyət və prinsipiallıq hər cür xaos və anarxiya daşıyıcılarının məkrli niyyətlərinə qarşı etibarlı sipərdir.
Alim