Gündəm
Şimali Koreya XİN rəhbəri: “Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisidir”- YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-honun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, dövlət başçısı Koreya Xalq Demokratik Respublikasının Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında yüksək səviyyədə təmsil olunmasının önəmini vurğulayıb.
Fransada vertolyot qəzasında 2 nəfər öldü
Fransanın cənub-qərbində vertolyot qəzası baş verib. Məlumata görə, vertolyot qəzasında 2 nəfərin öldüyü bildirilir. Məlumata görə, qəza səhər saatlarında aerodrom yaxınlığında baş verib. Vertolyotun havaya qalxdıqdan bir az sonra qəzaya uğradığı bildirilir. Vertolyot üzümlüklərin üzərinə düşüb və yanmağa başlayıb.
Şimali Koreya xarici işlər naziri: "Qoşulmama Hərəkatının Bakı konfransı beynəlxalq sülhə və dayanıqlı inkişafa töhfə verəcək"
Beynəlxalq ədalət olmadan beynəlxalq sülh və sabitliyə, dayanıqlı inkişafa nail olmaq mümkünsüzdür. Məlumata görə, bunu bu gün Şimali Koreya xarici işlər naziri Li Yonq Ho Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.
Keçmiş sevgilisinə 4,5 min mesaj yazan fransız həbs edildi
Sevgilisindən ayrılan və bu ayrılıqla barışa bilməyərək 5 ay ərzində ona 4,5 min mesaj yazan fransıza qarşı 1 il müddətinə həbs qətimkan tədbiri seçilib.Məlumata görə, bundan başqa ayrıldıqları müddət ərzində o, keçmiş sevgilisinə 416 dəfə zəng edib.
Çavuşoğlu: "Qarabağ problemi ilə bağlı sənədlər üzərində qəti qərarlar verilsə də, tətbiqi üçün heç nə edilmir"
"Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqları və Qarabağ problemini Azərbaycan beynəlxalq aləmdə çox yaxşı anladır. Ərdoğan başda olmaqla, bizlər də hər yerdə bunu çox yaxşı anladırıq". Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda bildirib.
Ukrayna NATO ilə bağlı qərarını verdi
Ali Radadan çağırış: Şimal axını-2 ləğv edilsin
Ukrayna Ali Radası digər dövlətlərin parlament və hökumətlərini "Şimal axını-2" qaz kəmərinin tikintisinin tamamilə qadağan edilməsi üçün tədbirlər görməyə çağırıb.
Çavuşoğlu: “Biz nüvə silahlarına qarşıyıq”
“İki gün əvvəl təməlini atdığımız Akkuyu layihəsi Türkiyənin ilk nüvə enerjisi stansiyası olacaq. Layihə işləri tamam bitdikdən sonra Türkiyənin elektrik enerjisi ehtiyacının yüzdə onu qarşılanacaq”. Məlumata görə, bunu Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Təyyarələr nə üçün ağ rəngdədir?
Hava limanı şirkətləri bir təyyarəni rəngləmək üçün 250 litrə yaxın boyadan istifadə edir. Təyyarənin tamamilə boyanıb qurtarması isə, 2 həftəyə başa gəlir.
Səudiyyə Ərəbistanında 35 il sonra kinoteatr
Səudiyyə Ərəbistanında 35 il sonra ilk dəfə 18 aprel tarixində açılacaq kinoteatr salonlarında qadınlar və kişilər ayrı – ayrı yerlərdə oturmayacaq. Səudiyyə Ərəbistanının AMC filmləri ilə bağladığı müqaviləyə görə 5 il müddətin də daha 40 kinoteatr açılacaq. 1970 – ci il də ölkədə kinoteatrlar olmasına baxmayaraq din adamlarının narazılığı ilə bağlanmışdır.
Ölüm xəbərini Fuad Poladovdan gizlətdilər
Metroda cibgirlik edəm keçmiş məhkum yaxalandı
Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Rzayeva aprelin 3-də “Neftçilər” stansiyasında qatara minərkən əl çantasından içərisində pulu, tələbə bileti, bank kartı olan pulqabısının oğurlandığını bildirb.
İstintaq təcridxanasına narkotik keçirmək istədi
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.7 və 228.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Allahyarov Samir Rafiq oğlunun yanına görüşə gəlmiş tanışı Bakı şəhər sakini Abbasov Ramin Asıf oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman cibindən 2 ədəd çətənə bitkisinin toxumu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
9 yaşlı qızın qulağından sırğanı qoparab aparan yaxalanıb
Paytaxtda soyğunçuluqla məşğul olan şəxs saxlanıb. DİN-dən “Olaylar2a verilən məlumata görə, mart ayının son günlərində Bakı şəhər sakini olan 3 qadın Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ayrı-ayrı ünvanlarda onlara hücum etdiyini və qulaqlarındakı qızıl sırğaları götürərək qaçdığını bildirib. Dərhal idarədə yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. “İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində, həmin cinayətləri törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş İftixar Əzizov saxlanılıb.














