Ali Radadan çağırış: Şimal axını-2 ləğv edilsin

Ukrayna Ali Radası digər dövlətlərin parlament və hökumətlərini "Şimal axını-2" qaz kəmərinin tikintisinin tamamilə qadağan edilməsi üçün tədbirlər görməyə çağırıb.

Ukrayna Ali Radası digər dövlətlərin parlament və hökumətlərini "Şimal axını-2" qaz kəmərinin tikintisinin tamamilə qadağan edilməsi üçün tədbirlər görməyə çağırıb. Ali Radanın sözügedən bəyanatını 266 millət vəkili dəstəkləyib.

Ukrayna parlamentində hesab edirlər ki, boru kəmərinin tikintisi ilə Avropanın qaz bazarında Rusiyanın mütləq monopoliyası yaranacaq. Parlament üzvləri həmçinin hökuməti qaz kəmərinin inşasının qarşısının alınması üçün təcili olaraq Avropa Komissiyasına müraciət etməyə çağırıb. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31