Şimali Koreya xarici işlər naziri: "Qoşulmama Hərəkatının Bakı konfransı beynəlxalq sülhə və dayanıqlı inkişafa töhfə verəcək"

Beynəlxalq ədalət olmadan beynəlxalq sülh və sabitliyə, dayanıqlı inkişafa nail olmaq mümkünsüzdür. Məlumata görə, bunu bu gün Şimali Koreya xarici işlər naziri Li Yonq Ho Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.

Beynəlxalq ədalət olmadan beynəlxalq sülh və sabitliyə, dayanıqlı inkişafa nail olmaq mümkünsüzdür. Məlumata görə, bunu bu gün Şimali Koreya xarici işlər naziri Li Yonq Ho Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda aralıq nazirlər konfransında bildirib.

Nazir qeyd edib ki, suverenlik, ərazi bütövlüyü, bərabərlik prinsipi və digər ölkələrin işlərinə qarışmamaqdan məqsədli şəkildə imtina edilir: "Kiçik ölkələrin müstəqilliyinin böyük ölkələr tərəfindən pozulması müxtəlif formalarda baş verir".

Şimali Koreya xarici işlər naziri bu tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib: "Azərbaycan xarixi işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə keçirilən bu beynəlxalq konfransın səmərəli olacağına inanıram. Ədalətlə bağlı müxtəlif çağırışlar eşidirik. Bu gün dünyada böyük ölkələr kiçik ölkələri sıxışdırır. Hesab edirəm ki, bu konfrans beynəlxalq sülhə və dayanıqlı inkişafa töhfə verəcək". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31