Gündəm
Bəstəkar Elza İbrahimovaya həsr olunmuş konsert proqramı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Muğam Mərkəzi ilə “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində keçən növbəti konsert görkəmli bəstəkar Elza İbrahimovanın yaradıcılığına həsr olunub. “Sən yadıma düşəndə” adlanan konsert proqramında bəstəkarın ən sevilən mahnıları tələbələrin ifasında tamaşaçılara təqdim edilib. Gecə ADMİU “Bakının işıqları” mahnısı ilə başlayıb. Daha sonra görkəmli bəstəkarın biri-birindən gözəl mahnılar musiqisevərlərə təqdim edildi.
Erməni terrorizmi haqqında yeni kitab
AMEA Mərkəzi Elmi Kitabxanasına erməni terrorizmindən bəhs edən “Erməni terrorçularının və erməni bandit qruplaşmalarının insanlıq əleyhinə cinayətləri” adlı yeni kitab daxil olub. Kitabın ideya müəllifi AMEA İnsan Hüquqları İnstitutunun mərhum direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayevdir. Beynəlxalq terrorizm qurbanlarının xatirəsinə ithaf olunmuş kitabı Azərbaycan və Türkiyə türklərinə qarşı erməni terrorizminin qısa xronoloji ensiklopediyası adlandırmaq mümkündür. Kitabda XIX əsrdən başlayaraq bu günə qədər davam edən erməni vandalizmi, Cənubi Qafqazda və Anadoluda ermənilər tərəfindən türklərə qarşı törədilmiş soyqırımların miqyası və statistikası haqqında sənədlər və məlumatlar təqdim edilib. İngilis və rus dillərində nəşr edilən kitab beynəlxalq terrorizmə qarşı mübarizədə ciddi əhəmiyyətə malikdir.
Ölkəyə qanunsuz xəz kürklərin gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar. Komitədən “Olaylar”a verilən məlumata görə, Bakı şəhəri ərazisində qeydiyyatda olan karqo şirkətinin adına Çin Xalq Respublikasından göndərilən brutto çəkisi 11588 kq olan yük gömrük əməkdaşları tərəfindən yoxlanılıb. Həmin yük Hava Nəqliyyatında Baş Gömrük İdarəsində müvafiq gömrük bəyannamələri ilə rəsmiləşdirilən qadın geyim mallarından ibarət olub.Yoxlama zamanı, altı ədəd bağlamanın içərisində gömrük orqanına düzgün bəyan edilməmiş cəmi 50 ədəd müxtəlif etiketli xəz kürklər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Şahin Mustafayev BƏƏ-nin Xarici İşlər üzrə dövlət naziri ilə görüşüb
İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Bakıda keçirilən Qoşulmama Hərəkatının Nazirlər Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaş ilə görüşüb.
Kürdəmirdə avtomobil yolu yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda 2 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, artıq onlardan birində, Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun inşasına start verilib.
Aprel döyüşlərinin ildönümünə həsr olunan tədbir
Aprelin 5-də Azərbaycan Dillər Universitetində Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə Aprel döyüşlərinin ildönümünə həsr olunan tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova aprel hadisələrini ölkəmizin yaxın tarixində iz qoyan məğrurluq, qəhrəmanlıq səhifəsi olduğunu bildirib. O, qeyd edib ki, apreldə baş verən hadisələr ordumuzun gücünün, qüdrətinin göstəricisidir.
Azərbaycanlı gənclər Moskvada qalib olub
Təhsil Nazirliyinin tabeliyində olan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivi Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Açıq Avropa-Açıq Planet” (“Открытая Европа – Открытая Планета”) adlı 15-ci beynəlxalq uşaq və gənclərin yaradıcılıq festival-müsabiqəsində iştirak edib. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 14 ölkədən 1500 iştirakçının qatıldığı müsabiqədə ölkəmizi təmsil edən “Azəri inciləri” rəqs qrupu müsabiqənin xoreoqrafiya bölməsində “Milli rəqs” nominasiyası üzrə “Odlar yurdu Azərbaycan” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında qurulmuş rəqslə çıxış ediblər. “Estrada rəqsləri” nominasiyası üzrə isə “Bal rəqsləri” dərnəyi üzvlərinin ifasında Tofiq Quliyevin “Vals” və “Cayf” rəqsi nümayiş olunub. “Kosmos” konsert zalında keçirilən qala-konsertdə müsabiqənin ən istedadlı kollektivləri çıxış ediblər.
“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirili
Müdafiə nazinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yarışlarda tank heyətləri minalanmış sahələri, digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Yunanıstan Türkiyəyə meydan oxudu: Cəsarətiniz varsa...
Yunanıstan və Türkiyə arasındakı gərginlik hər keçən gün artmaqdadır. Yunanıstanın Müdafiə naziri Panos Kammenos sonuncu bəyanatı ilə Türkiyəyə meydan oxuyub.
Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində ilk dəfə sağlamlıq imkanları məhdud gənclərin əl işləri də nümayiş olunur
Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” (“AİTF 2018”) sərgisi öz işinə başlayıb. Üç gün davam edəcək sərgidə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclər tərəfindən hazırlanmış əl işləri də nümayiş olunur.
Səlim Müslümov: “Cari ildə özünüməşğulluq proqramında iştirak edəcək şəxslərdən artıq 2 min nəfərdən çoxu müvafiq təlim kurslarını başa çatdırıb”
Cari ildə də özünüməşğulluq proqramının işrası işləri müvafiq qrafik əsasında davam etdirilir. Bu il həmin proqramda iştirak edəcək şəxslərdən artıq 2 min nəfərdən çoxu bununla əlaqədar ilkin mərhələ olaraq təlim kurslarını başa çatdırıb və hazırda biznes-planlarının hazırlanması işlərini aparırlar. Bu barədə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüşü zamanı jurnalistlərə müsahibəsində bildirib.
Səlim Müslümov: “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi prosesinə artıq başlanılıb”
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sahibkarlığın inkişafının dəstəklənməsinə yönələn tədbirlər sırasında məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsini də xüsusi qeyd etmək olar. Artıq bu prosesə başlanılıb. Proses çərçivəsində özəl sektorun müxtəlif sahələrində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borclardan ibarət 155,3 milyon manata qədər borcun tam olaraq silinməsi, eləcə də 26,7 milyon manatadək borcun ödəniləcək hissəsinə müvafiq olaraq qalan hissəsi üzrə borcun silinməsi təmin ediləcəkdir ki, bu da özəl sektorun dəstəklənməsində növbəti böyük addımdır.
Türkiyə ordusu Suriyada yeni hərbi əməliyyata başlayacaq
Türkiyə Silahlı Qüvvələri Suriyanın Təl-Rifat rayonunda hərbi əməliyyatlara başlayacaq. Bunu Türkiyə baş nazirinin müavini Bekir Bozdağ açıqlayıb.
Jirinovski: “Bakı? Onun yanında Qarabağ var...”
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Yekaterinburq şəhərində EKSPO-2025 sərginin keçirilməsi ideyasını dəstəkləyib. Beynəlxalq Sərgi Bürosunun komissiyasının qarşısında çıxış edən Jirinovski əsas diqqətin təhlükəsizliyə yönəldilməsini istəyib.














